Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə 352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr 36, 47, ¹ 12, maddə 1904; 2020, ¹ 3, maddə 227, ¹ 5, maddə 521, ¹ 12 (I kitab), maddə 1426; 2021, ¹ 7, maddələr 697, 711) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 15-11.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.”;

1.2. 16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2022-ci il

 

Azərbaycan.- 2022.- 18 mart.- S.6.