2022-2023-cü tədris ili üzrə
ali təhsil müəssisələrinə
sənəd qəbulunda
çağırışçılarla bağlı dəyişikliklər
edilib
18 yaşı bu il mayın 1-dən
sonra tamam olacaq əvvəlki ilin məzunları cari ildə
ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
qəbul üzrə müsabiqədə iştirak edə biləcəklər
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinə (SHXÇDX) daxil olan çoxsaylı vətəndaş
müraciətləri nəzərə alınaraq, təhsil
sahəsində dövlət siyasətinin əsas prinsipləri
rəhbər tutulmaqla vətəndaşların təhsil almaq
imkanlarının genişləndirilməsi məqsədilə
2022-2023-cü tədris ili üzrə Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə
sənəd qəbulunda
çağırışçılarla bağlı müəyyən
dəyişikliklər edilib.
Dövlət Xidmətindən
AZƏRTAC-a bildiriblər ki, 18 yaşı 2022-ci il mayın 1-dən
sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə
ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə
qəbul üzrə müsabiqədə iştirak etmələri
üçün imkan yaradılıb.
Ali məktəblərə sənəd
qəbulu zamanı həmin kateqoriyadan olan vətəndaşların
hərbi vəzifəsi ilə bağlı SHXÇDX-nin vahid
elektron informasiya sisteminə heç bir sorğu edilmədən
“Abituriyentin elektron ərizəsi” birbaşa təsdiq edilir.
Azərbaycan.-
2022.-15 mart.- S.8.