Yevlaxda azyaşlı uşaqlar üçün hazırlanmış “Bizim böyük Qələbəmiz” kitabının təqdimatı keçirilib

 

Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişafİctimai Birliyi tərəfindən azyaşlı uşaqlar üçün hazırlanan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilmişBizim böyük Qələbəmiz” adlı kitabın Yevlaxda təqdimatı keçirilib.

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə keçirilən təqdimat mərasimində çıxış edən  icra hakimiyyəti başçısının müavini - ictimai siyasihumanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, 44 günlük Vətən müharibəsi dövlətimizin şanlı tarixidir, Azərbaycanın Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün döyüş əməliyyatlarını yüksək səviyyədə və məharətlə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, uzun illər işğal altında qalan torpaqlarımızı azad edərək şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün təqdim edilən kitab dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan tarixi qələbəmiz barədə azyaşlı uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdəndir və məktəblilərimiz üçün faydalı olacaq bir vəsaitdir.

Daha sonra çıxış edən “Regional İnkişafİctimai Birliyinin nümayəndəsi Elmir Həsənov uşaqlar üçün hazırlanmış bu nəşrin onlarda torpağa bağlılıq və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində aparılan təlim-tərbiyə prosesində müstəsna rol oynayacağını diqqətə çatdırıb.

Digər çıxışçılar “Bizim böyük Qələbəmiz” kitabını nəsillərin görüşü kimi dəyərləndirərək azyaşlı uşaqlar və gələcək nəsillərin Zəfər tariximizi daha yaxından öyrənmələrində əhəmiyyətini vurğulayıblar.

Sonra məktəblilər və mədəniyyət işçiləri Vətən müharibəsində qazanılan qələbəni özündə tərənnüm etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Lazım Quliyev

 

Azərbaycan.- 2022.- 15 mart.- S.10.