Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

 

“Əziz həmvətənlər!

 

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.

 

 

Azərbaycan.-2022.- 29 mart.- S.1.