Azərbaycan
və Birləşmiş Ərəb Əmirlikləri
arasında əməkdaşlıq daha da genişlənir
Martın
22-də Əbu-Dabinin vəliəhdi, Birləşmiş
Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin
Ali Baş Komandanının müavini Məhəmməd bin
Zayed Əl Nahyan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə zəng edib.
Telefon
danışığı zamanı Azərbaycan və Birləşmiş
Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin
inkişafından məmnunluq ifadə olundu, xüsusilə
iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi perspektivlərinə dair fikir
mübadiləsi aparıldı.
Söhbət
əsnasında tərəflər Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə
Azərbaycanda bu yaxınlarda əsası qoyulmuş 230 MVt
gücündə Qaradağ Günəş Elektrik
Stansiyası layihəsi ilə bağlı bir-birini təbrik
etdilər.
Məhəmməd
bin Zayed Əl Nahyan BƏƏ-nin bərpaolunan enerji sahəsində
Azərbaycan ilə strateji əməkdaşlığı
inkişaf etdirmək və təqdim olunan layihələri dəstəkləməkdə
maraqlı olduğunu ifadə etdi.
Dövlətimizin
başçısı bərpaolunan enerji sahəsində
ölkəmizin böyük potensialının olduğunu qeyd
edərək “Masdar” şirkətinin sərmayəsi ilə
tikilməkdə olan 230 MVt gücündə Qaradağ Günəş
Elektrik Stansiyasının əhəmiyyətini
vurğuladı.
Söhbət
zamanı, həmçinin Ukraynada baş verən hadisələr
fonunda dünya enerji bazarında sabitliyin təmin olunması,
beynəlxalq və regional gündəliyə aid olan və
qarşılıqlı maraq doğuran məsələlər
barəsində fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 29 mart.- S.7.