Müdafiə
naziri Novruz bayramı ərəfəsində hərbi
hospitalı ziyarət edib
Martın 19-da Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
və nazirliyin digər rəhbər heyəti Novruz bayramı
münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik
Hospitalını ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, ulu öndər
Heydər Əliyevin büstü önünə gül dəstələri
qoyularaq xatirəsi ehtiramla yad edilib.
General-polkovnik Z.Həsənov
hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə
görüşərək onların səhhəti ilə
maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə
qayıtmalarını arzulayıb.
Müdafiə naziri Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin təbriklərini hərbi qulluqçulara
və tibb personalına çatdırıb, onlara bayram
sovqatları təqdim edib.
Nazir daha sonra hərbi hospitalın əsaslı
təmir olunan qərargah binasına baxış keçirib,
yaradılan şəraitlə tanış olub.
Məruzə edilib ki, müasir
avadanlıqlarla təchiz olunan qərargah binasında xidməti
fəaliyyətin təşkili üçün hər cür
şərait yaradılıb. Bütün otaqlar zəruri mebel
avadanlıqları və inventarla tam təchiz edilib.
Müdafiə naziri Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
diqqət və qayğısı sayəsində aparılan
islahatlar nəticəsində bütün istiqamətlərdə
olduğu kimi, hərbi tibb sahəsində də əldə
olunan uğurlardan danışıb. Tibb işçilərini
bayram münasibətilə təbrik edib və xidmətin daha
da təkmilləşdirilməsi ilə bağlı aidiyyəti
üzrə tapşırıqlar verib.
Azərbaycan.-
2022.- 20 mart.- S.2.