Ağstafalılar Novruz bayramını böyük coşqu ilə qeyd etmişdir

 

Xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən Novruz bayramı münasibətilə Ağstafada ümumrayon tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra ağstafalı yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, Novruzun rəmzləri olan Kosa və Keçəlin, Bahar qızın iştirakı ilə, eləcə də uşaqların təqdimatında xalqımızın qədim milli ənənələrinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiyalar nümayiş etdirilmişdir. Qol güləşçiləri və pəhləvanların nümunəvi çıxışları da böyük marağa səbəb olmuşdur. Tədbirdə rayonun incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etdikdən sonra  bayram tonqalı alovlandırılmışdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 20 mart.- S.9.