İcmal
büdcənin qeyri-neft baza
kəsirinin qeyri-neft ümumi
daxili məhsula nisbət göstəricisinin
və dövlət borcunun ümumi
daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr
üzrə hədəflənən yuxarı hədləri,
habelə 2022-ci ilin sonuna
hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin
yuxarı həddinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun tətbiqi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişiklik edilməsi və “İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1568 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1.
İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft
ümumi daxili məhsula nisbət göstəricisinin
ortamüddətli dövr üzrə
hədəflənən yuxarı həddi 20,0 faiz, 2022-ci
ilin sonuna isə 27,5 faiz müəyyən edilsin.
2.
Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin
ortamüddətli dövr üzrə hədəflənən
yuxarı həddi 20,0 faiz müəyyən edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
28 mart
2022-ci il
Azərbaycan.-2022.- 29 mart.- S.7.