Dünyanın ehtiramla yanaşdığı lider

 

Tarix sübut edir ki, hər bir dövlətin istər inkişafında, istər nüfuzunun formalaşmasında, istərsə də  qlobal proseslərdəki iştirak səviyyəsində lider amili böyük rol oynayır. Elə Azərbaycanın geridə qoyduğu 30 illik müstəqillik yolu əsl siyasi liderlərin xalqların və dövlətlərin həyatında nə qədər vacib rol oynadığını göstərən möhtəşəm tarixipolitoloji nümunədir.

Belə ki, əgər dövlət müstəqilliyimizin bərpasının ilk illərində üzləşdiyimiz problemlərin obyektiv səbəblərindən biri respublikamıza rəhbərlik edənlərin siyasi lider funksiyasını yerinə yetirə bilməməsi idisə, 1993-cü ilin ortalarından başlanan yeni siyasi kurs Azərbaycana əsl liderin rəhbərlik etməsinin nümunəsi idi. Bu baxımdan Ulu Öndər Heydər Əliyevlə başlanan siyasi yol dövlətin və xalqın taleyində lider amilinin rolunu aydın göstərən tarixi gerçəklikdir.

Ötən 19 ildə isə Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu siyasi kurs müasir Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Təsadüfi deyil ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal aktual problemlər olan enerji təhlükəsizliyinə böyük töhfələr verən, Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən strateji tərəfdaş kimi qəbul edilən, regionun tranzit imkanlarını öz milli maraqlarına uyğun formada səfərbər edən dövlətdir. Vətən müharibəsindəki zəfər isə Azərbaycanın regiondadünyada söz sahibi kimi nüfuzunu daha da yüksəltdi.

Fəxarət hissi ilə qeyd etmək  istərdim ki, dövlətimizin bütün bu uğurlarını qətiyyətlə xalqımıza yaşadan Prezident İlham Əliyev dünyanın nüfuzlu siyasi liderləri arasında yer alıb.  Təkcə bu ilin mart ayı ərzində Prezident İlham Əliyevə  aparıcı siyasi mərkəzlərin rəhbərləri tərəfindən edilən telefon zəngləri və ünvanlanan məktublar bunu bir daha təsdiqləyir. Martın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, martın 15-də isə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etmələri Azərbaycanın qlobal məsələlərdəki fəal mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasının təcəssümü idi. Bu zənglər həm də onu göstərir ki, dünyanın güc mərkəzləri Prezident İlham Əliyevin qlobal təhlükəsizliyə verdiyi  töhfələri, bu istiqamətdəki təşəbbüslərini və liderliyini yüksək qiymətləndirirlər.

Martın 20-də isə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Əməkdaşlığa sadiq olduqlarını qeyd edən ABŞ Prezidenti məktubunda ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığı təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəklərini bəyan edib.

Qeyd edim ki, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-ABŞ münasibətləri bu gün müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi və digər sahələrdə iki dövlət arasında əməkdaşlıq formatları mövcuddur. Demokratları və respublikaçıları təmsil etməsindən asılı olmayaraq ABŞ-a rəhbərlik etmiş bütün prezidentlər və onların administrasiyaları Azərbaycanla münasibətlərə daim ehtiramla yanaşıb, beynəlxalq enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədə Prezident İlham Əliyevin verdiyi töhfələri və dəstəyi yüksək qiymətləndiriblər.

Co Baydenin hələ ABŞ-ın vitse-prezidenti kimi Prezident İlham Əliyevlə təmasları olmuşdu. 2016-cı il martın sonunda Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər edən Prezident İlham Əliyev Vaşinqtonda Co Baydenlə görüşmüşdü. Həmin ilin mayında isə vitse-prezident Co Bayden Prezident İlham Əliyevə zəng etmişdi. Co Baydenin ABŞ Prezidenti seçilməsindən sonra rəsmi Bakı ilə Ev arasında yüksəksəviyyəli təmas olmayıb. Lakin bu ay Prezident İlham Əliyevə dövlət katibi Entoni Blinkenin telefon zəngi Co Baydenin ünvanladığı məktub göstərdi ki, ABŞ rəhbərliyi Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlıdır. 

Bütövlükdə Prezident İlham Əliyevə ABŞ rəhbərlərinin məktub zəngləri dövlətimizin başçısının həyata keçirdiyi siyasətin dünyanın aparıcı gücləri tərəfindən ehtiramla qarşılanmasının qəbul edilməsinin göstəricisidir. Eyni zamanda bütün bunlar Azərbaycanın regionda dünyada nüfuzlu söz sahibi olan dövlətlərdən biri kimi çıxış etməsini təsdiq edən mühüm siyasi faktordur.

 

Könül NURULLAYEVA

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2022.-30 mart.- S.1; 5.