Riyakarlığın növbəti nümayişi

 

 

Avropa Parlamenti erməni lobbisinin məkrli yuvasına çevrilib

 

 

 

“...Biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz sadəcə şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik”.

 

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi kimi, işğaldan azad edilən torpaqlarımızda erməni vəhşiliyini görənlər dəhşətə gəlir. Eyni zamanda bu bölgələrə səfər edən beynəlxalq ictimaiyyət nümayəndələri 30 ildir ki, erməni barbarlarının törətdikləri vandal əməllərin, işğaldan azad olunan yurdlarımızdakı tarixi, dini, mədəni abidələrimizin dağıdılmasının şahidi olurlar. Amma o da reallıqdır ki, heyrət olunacaq bir şəkildə vandal ermənilərin vəhşi əməllərini görməzdən gəlməyə, onların uydurmalarına həqiqət donu geydirməyə, yalanlarının ayaq açıb yeriməsinə şərait yaratmağa çalışan riyakar beynəlxalq qurumlar da var.

 

Müstəqil qərar qəbul etmək iqtidarını itirən, hər zaman müxtəlif siyasi mərkəzlərin aləti rolunda çıxış edən, insan haqları və demokratiya pərdəsi altında siyasi təxribatlar törətməklə məşğul olan korrupsioner Avropa Parlamenti kimi...

 

 

 

Azərbaycana qarşı ikiüzlü siyasət

 

 

 

Bizim üçün heç də təəccüblü olmadı ki, daim ermənipərəst dairələrin oyuncağına çevrilən Avropa Parlamenti müxtəlif vaxtlarda olduğu kimi, növbəti dəfə də Azərbaycana qarşı riyakar siyasət həyata keçirdi. Ölkəmizə qarşı yenidən təxribata imza ataraq bu yaxınlarda saxta və yalandan ibarət iddialarla dolu növbəti qərəzli qətnamə qəbul etdi.

 

Bu qurum “Dağlıq Qarabağda mədəni irsinin məhv edilməsi” barədə qəbul etdiyi böhtançı iddialar toplusu ilə də bir daha Azərbaycana qarşı riyakarlığını əyani şəkildə nümayiş etdirdi. Sübut etdi ki, o, erməni təəssübkeşi olan siyasi mərkəzlər üçün alət rolunu oynamaqda davam edir. Heç bir əsasa, reallığa uyğun olmayan erməni yalanlarının, uydurmalarının və saxtakarlığının müdafiəsinə qalxaraq, sözün əsl mənasında, ikiüzlülük simasını göstərir.

 

Amma riyakarlığı ilə ad çıxaran bu qurum unudur ki, onun qəbul etdiyibizim üçün, sadəcə, kağız parçası anlamına gələn o “qətnamə” nə erməni faşizminin qanlı əməllərini, nə də erməni vandallarının barbarlığını örtə bilməz.

 

 

 

Qarabağda İslam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb

 

 

 

44 gün ərzində əldə etdiyimiz parlaq zəfər erməni vəhşiliklərinin, vandallıqlarının çirkin üzününtam çılpaqlığı ilə bütün dünyanın gözləri önünə sərilməsinə işıq tutdu.

 

Ermənilərin “qədim, mədəni, sivil xalqkimi özlərinə uydurduqları bütün ideoloji konsepsiyalarını darmadağın edib. 30 illik işğal müddətində erməni vəhşiləri Qarabağ və Şərqi Zəngəzurda mədəni irsimizi talayıb. Xüsusilə, işğal dövründə Qarabağda İslam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Məscidlərimizdə donuz saxlanaraq dini hisslərimiz təhqir olunub. Erməni barbarlığına, sadəcə, İslam mədəniyyətinə aid abidələr tuş gəlməyib, mənfur düşmən qədim insan məskənləri olan Azıx, Tağlar mağaralarından hərbi məqsədlərlə istifadə edib.

 

İşğalçılar Azıx mağarasında Azərbaycan izlərini itirmək üçün qeyri-qanuni olaraq arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən alimlər də dəvət ediblər. Ermənilər işğal altında qalan bütün alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirməyə, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar.

 

 

 

Aşkarlanan kütləvi məzarlıqlar ermənilərin qaniçən əməllərini də gün üzünə çıxarıb

 

 

 

Vətən müharibəsi sayəsində həm də ermənilərin qaniçən əməlləri ortaya çıxıb.  Hər ötən gün bu hiyləgər xislətli mənfur tayfanın min-bir dona girərək ört-basdır etmək istədikləri insanlıq cinayətləri faktlarla ifşa olunub. Azərbaycan öz ərazilərini minalardan təmizlədikcə bu yerlərdə, xüsusilə də Birinci Qarabağ müharibəsi dövründə həyata keçirilən erməni dəhşətləri də üzə çıxır.

 

Ermənilər Ballıqaya, Qaradağlı, Ağdaban və Xocalı qətliamlarının müəllifidirlər.  Başda Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıq olmaqla Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında olan məzarlıqlar isə bu qətliamların əyani sübutudur.

 

Ermənistan Birinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquq normalarını və beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq müharibə cinayətləri törədib. Müharibə qaydalarına zidd olaraq, mülki əhalini girov götürüb, onlara olmazın işgəncələr verib, onları xüsusi amansızlıqla öldürüb. O insanların meyitlərini kütləvi məzarlıqlarda basdırıb.

 

 

 

Dünya ermənilərin faşist xislətindən xəbərdar olur

 

 

 

İndi Azərbaycan ermənilərin bu vəhşilikləri barədə bütün dünyanı məlumatlandırır, onların faşist xisləti barədə hər kəsi xəbərdar edir. Beynəlxalq ictimaiyyətin, medianın nümayəndələri işğaldan azad edilən torpaqlara səfər edərək bu faktlarla yerindəcə tanış olurlar.

 

Elə ötən ayın sonlarında 12 ölkədən olan 26 media nümayəndəsi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkiblər. Onlara vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılan Füzuli rayon sakini Şəmsi Şıxəliyev bu yer haqqında məlumat verib.

 

Onu da xüsusilə vurğulayaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Baş katibi Antonio Quterreşə işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhərində kütləvi məzarlıqların aşkar edilməsi barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Bu məktubda Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-dək azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məsələsinə bir daha diqqət çəkilib. Bildirilib ki, şahidlərin ifadələri əsasında aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində kütləvi məzarlıqlar aşkar edilib. Diqqətə çatdırılıb ki, əsir-girovluqda olmuş azərbaycanlıların məcburi şəkildə daşınması və meyitlərin basdırılması özü-özlüyündə Ermənistan silahlı qüvvələrinin və onların əlaltılarının törətdikləri cinayətlərin qəddarlığından və amansızlığından xəbər verir.

 

Adıçəkilən məktubda vurğulanıb ki, belə faktların artdığı ərəfədə cinayətkarlar hələ də cəzalandırılmayıb, Ermənistan, onun agentləri və əlaltıları tərəfindən törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin araşdırılması istiqamətində hələ də heç bir addım atılmayıb.

 

 

 

Saxtakarlıqla hazırlanan kağız parçası Azərbaycana heç bir təsir göstərmək iqtidarında deyil

 

 

 

Bütün bu reallıqların fonunda isə Avropa Parlamentinin bütün dünyaya əyan olan erməni saxtakarlığının müdafiəsinə qalxması onun ikiüzlü və iyrənc simasını bir daha nümayiş etdirir. Həm də bu riyakar mövqe ondan xəbər verir ki, ölkəmizin 44 günlük müharibədə qazandığı zəfəri, Ermənistanı döyüş meydanında darmadağın edərək torpaqlarımızı işğaldan azad etməsini bəlli ermənipərəst dairələr hələ də həzm edə bilmir.

 

Eyni zamanda həmin siyasi dairələr Azərbaycanın Vətən müharibəsindən sonra daha da güclənməsini, həm bölgədə, həm də beynəlxalq arenada mövqelərini möhkəmləndirməsini, dünyada söz sahibi olmasını qəbul edə bilmir, ölkəmizin güclənməsini qısqanclıqla, paxıllıqla qarşılayırlar. Onu da yaxşı bilirlər ki, Azərbaycan tezliklə Ermənistanı üçtərəfli bəyanatların tələblərini yerinə yetirməyə məcbur edəcək.

 

Bax, buna görədir ki, bu cür saxta iddialar üzərində qurulan, şər və böhtandan ibarət riyakar əməllərə əl atırlar. Amma yuxarıda sadalanan bir neçə faktdan da aydın görünür ki, bütün bu məsələlərdə haqq da, hüquq da Azərbaycanın yanındadır. Bu reallığı isə Avropa Parlamentinin vaxtaşırı ölkəmizə qarşı qəbul etdiyi heç bir saxta iddialı kağız-kuğuz parçasının dəyişdirməyə və Azərbaycana təsir göstərməyə iqtidarı çatmaz.

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 16 mart.- S.1;3.