İnsanlığa qarşı qəddar cinayət

 

1917-ci il fevralın 27-də baş vermiş burjua inqilabı Romanovlar sülaləsinin sonuncu nümayəndəsi II Nikolayın hakimiyyətinin devrilməsinə səbəb oldu. Bununla da imperiyanın bütün bölgələrində, xüsusilə də Qafqazda böyük bir anarxiya başladı.

Fevral burjua inqilabından sonra Bakıda və Azərbaycanın digər şəhərlərində (Gəncə, Şamaxı və s.) ikihakimiyyətlilik yaranmışdı: onlardan biri - burjua müvəqqəti hökumətin yerli hakimiyyət orqanları, digəri isə fəhlə və əsgər deputatları sovetləri idi. Əslində, çar rejiminin devrilməsi Azərbaycanda böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Çoxları düşünürdülər ki, Rusiyada qurulacaq federativdemokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına imkan verməyəcək, ayrı-seçkiliyə son qoyacaq. Lakin yeni yaranmış müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğuXüsusi Zaqafqaziya Komitəsi” imperiyanın ermənipərəst siyasətini aradan qaldırmaq ümidlərini boşa çıxartdı. Əksinə, erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınlar geniş vüsət aldı. Bolşeviklərin sıralarında erməni şovinist millətçilərinin çoxluğu və onların türk-müsəlman əhaliyə qarşı düşmənçiliyi isə Bakıda, hətta regionda vəziyyəti gərginləşdirən əsas amillərdən birinə çevrildi.

 

Şovinist millətçilərin əsl niyyəti

 

Bakı Sovetinin tərkibində azərbaycanlılar, demək olar ki, təmsil olunmurdular. Onun tərkibi və rəhbər heyəti bütünlüklə ermənilərdən və qeyri-azərbaycanlılardan təşkil edilmişdi. 1917-ci il martın 6-da qatı erməni millətçisi Stepan Şaumyan Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi. Onun və digər erməni şovinist millətçilərinin əsl niyyəti azərbaycanlılara sarsıdıcı zərbə vurmaq, ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək idi.

Həmin dövrdə yaşamış qabaqcıl ziyalılarımız da təbii ki, mövcud vəziyyətin fərqində idilər. Müsəlman qüvvələrin vahid bir mərkəzdə birləşdirilməsi Azərbaycanın siyasi xadimləri qarşısında vacib məsələ kimi dururdu. Yerli əhali Azərbaycan ziyalılarına dəstək verir, onların qurduqları təşkilatlar ətrafında bir araya gəlirdilər.

Azərbaycanlıların öz milli hərbi hissələrini yaratmağa başlaması isə Şaumyan başda olmaqla bolşevikləri və erməni daşnaklarını daha çox qorxuya salırdı. Bolşeviklər bu prosesin qarşısını almaq üçün azərbaycanlılar arasında təfriqə salır, xalqı öz ziyalılarının və iri mülk sahiblərinin əleyhinə qaldırmağa çalışırdılar.

O dövrdə bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, azərbaycanlıların milli maraqlarına qətiyyən cavab vermirdilər. Ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan xalqına sonsuz qırğınlar və fəlakətlər gətirdi. Tədricən Bakıda siyasi və hərbi hakimiyyət bolşevik pərdəsi altında gizlənən erməni daşnak şovinistlərinin əlində cəmləşməyə başladı.

1918-ci ilin 31 mart soyqırımıları ərəfəsi o dövr idi ki, Avropa ölkələrində “erməni məsələsi” artıq siyasət aləminə daxil olmuşdu, “Daşnaksütyun” partiyasının əsas qüvvələri Cənubi Qafqaza, xüsusilə Bakıya toplaşmış və onlarböyük Ermənistan” yaradılması üçün yeni yollar seçmişdilər. 1917-ci il çevrilişindən sonra Cənubi Qafqazda özünü ali hakimiyyət elan etmiş Zaqafqaziya Komissarlığı ilə Bakı Soveti arasında münasibətləri nizamlamaq mümkün olmamışdı. Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri yeni yaranmış Zaqafqaziya Komissarlığını tanımadıqlarını bəyan etmişbu hakimiyyəti zorakılıqla devirmək üçün fəaliyyətə başlamışdılar.

 

Daşnak üslubu

 

Bakıda ermənilər bolşeviklərlə birgə özlərini vətəndaş müharibəsinə, azərbaycanlılara qarşı kütləvi soyqırımı aktına hazırlayırdılar. Bolşeviklər 1918-ci ilin əvvəllərində xalq arasında ciddi bir dayaqlarının olmadığını başa düşüb hakimiyyəti dinc yolla ələ keçirmək mübarizəsindən silahlı mübarizəyə hazırlaşmaq taktikasına üstünlük vermişdilər. Bu məsələdə ermənilər onların işinə yarayırdı.

Araşdırmalarda göstərilir ki, mart qırğını ərəfəsində Bakı bolşeviklərindən Avakyan vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, komitəyə gələn bütün ermənilərə silahpatron paylayırdı. Onlar artıq bir neçə ay idi ki, ciddi şəkildə silahlanırdılar. Bakının ermənilər yaşayan məhəllələrinə, ətraf kəndlərə hərbi sursat daşınırdı. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti buna dəstək verirdi.

Bu zaman azərbaycanlılar milli hərbi birləşmələrin yaradılmasına xüsusi diqqət verməyə başlamışdılar. Bakıda, Gəncədə və Azərbaycanın başqa şəhərlərində yaradılan müsəlman milli hissələrinin özəyini Petroqrad ətrafından gətirilmiş “Tatar süvari polku” deyilən hərbi hissələr təşkil edirdi. Amma ordunun formalaşdırılması işi çox ləng gedirdi, heç bir kömək yox idi.

Sənədlərdə qeyd olunur ki, bu dövrdə Bakıda üç siyasi qüvvə arasında mübarizə güclənməkdə idi: birinci qüvvəyə daşnaklar, sağ eserlər və menşeviklər; ikinci qüvvəyə bolşeviklər və sol eserlər; üçüncü qüvvəyə isə müsəlman təşkilatları daxil idi. Mübarizənin şiddətli vaxtında birinci iki qüvvə erməni-rus bolşeviklərinin rəhbərliyi altında müsəlmanlara qarşı birləşdilər. Xüsusilə Bakıda rus və erməni silahlı dəstələrinin Azərbaycan əhalisinə qarşı qarət hərəkətləri baş alıb gedirdi. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar əhalini qorxuya salmışdı. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1918-ci ilin yanvarında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Talışinskinin Bakıda həbsi şəhərin azərbaycanlı əhalisi arasında qəzəb doğurdu. Onun həbsinə etiraz olaraq Bakıda və ətraf kəndlərdə nümayişlər başlandı. Bolşevik-daşnaklara isə azərbaycanlılara divan tutmaq üçün belə bir bəhanə lazım idi.

Növbəti təxribat “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi oldu. Onlar Bakıya milyonçu Hacı Zeynalabdin Tağıyevin oğlu, əsasən azərbaycanlılardan ibarət “Dikaya diviziya”nın Lənkəranda təsadüf nəticəsində həlak olmuş zabiti Məmmədin hərbi qaydada dəfni məqsədilə gəlmişdilər. Dəfn başa çatandan sonra martın 29-da geri qayıtmaq üçün Bakı limanında onları gözləyən “Evelina” gəmisinə mindilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər Şaumyanın tapşırığı ilə bu əsgər və zabitləri tərk-silah etdilər.

 

İlk acı zərbə

 

Növbəti gün müsəlman nümayəndələri silahların qaytarılmasını Bakı Sovetindən xahiş etdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində təcili müşavirə keçirildi. Silahların “Hümmət” təşkilatı vasitəsilə geri qaytarılması qərara alındı. Bolşeviklərin rəhbərlərindən biri olan Caparidze bu tələbin yerinə yetiriləcəyinə söz verdi. Amma elə bu zaman küçədə atışma səsləri eşidildi. Məlum oldu ki, Şaumyanın qabaqcadan hazırladığı təxribat artıq baş tutub və azərbaycanlıların kütləvi soyqırımına doğru ilk hərəkətlər başlanıb. “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planı reallaşdırılırdı.

30 mart 1918-ci il axşam saat 6-da Bakı artıq əsl döyüş meydanına çevrilmişdi. Bütün erməni silahlı qüvvələri Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçmişdi. Azərbaycanlıların hərbi sursatı yox dərəcəsində idi. Soydaşlarımızın yaşadığı məhəllələrdə dəhşətli qırğınlar törədilirdi.

Nəriman Nərimanov qırğının qarşısını almaq üçün işə qarışmalı oluröz evində müşavirə çağırır. Hətta müşavirəyə S.Şaumyan da dəvət olunur və hadisələrin qarşısını almaq üçün ona müraciət edilir. Şaumyan həmin müşavirədə hiyləgərcəsinə qırğının dayandırılacağına söz verir. Lakin bunun heç bir təsiri olmur, ermənilər qırğını daha da gücləndirirlər. Soyqırımı aprelin 2-si, gecə yarıyadək davam edir. Üç gün davam edən qanlı qırğın zamanı 30 mindən çox azərbaycanlı qətlə yetirilir.

 

“Vətəndaş müharibəsi” adı ilə milli qırğın

 

Mahiyyətcə milli soyqırımı olan mart döyüşləri Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırırdı. Həmin günlərdə təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara belə aman vermirdilər. Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmişdilər. Azərbaycanlılara qarşı bu soyqırımı və qarətlərdə Anastas Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Bakı əhalisinin 400 milyon manatlıq əmlakı talan edilmiş, müsəlmanların bir çox ziyarətgahları dağıdılmışdı. Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə”nin binasına, “Kaspi”, “Açıq söz” qəzetləri redaksiyalarına od vurulmuşdu.

Bakı milyonçuları Musa Nağıyevin və Şəmsi Əsədullayevin nəvəsi, Fransada yaşayıb-yaratmış yazıçı Ümmülbanu (Banin) 1918-ci ilin mart günlərini belə xatırlayırdı: “Həmin vaxtlarda Azərbaycanın paytaxtı Bakı şəhərində siyasi canlanma güclənmişdi. Yaranmış müxtəlif siyasi təşkilatların fəaliyyəti sayəsində rəqabət, dağıntı, döyüşlər baş verdi. Sosialist təmayüllü bir erməni təşkilatı ölkəni kommunist dağıntısından qurtarmaq adı ilə hərbi diktatura rejimi yaratdı. Amma camaat pıçıldaşırdı ki, bu təşkilatın başçıları bolşeviklərdir. Onlar hər kim olsalar da, hakimiyyətləri dövründə müdafiə imkanı olmayan müsəlmanları qırmağa başladılar... Biz hər dəqiqə daşnakların evə dolacağını, mənzilimizi dağıdıb bizi də qıracaqlarını gözləyirdik. Telefon da kəsilmişdi... Nəriman Nərimanov bu hadisələrə dözə bilmədi, xəstələndi və Bakını tərk etdi. S.ŞaumyanaA.Mikoyana qoşulan Məşədi Əzizbəyov isə faciəvi olaylardan baş çıxara bilmədi... Bakı ilə yanaşı, Azərbaycanın digər ərazilərində də ermənilər əhaliyə qarşı tarixdə görünməmiş qəddarlıq edirdilər...” 1918-ci il mart ayının 14-də daşnak Əmirovun komandanlığı altında Şamaxıya bolşevik dəstələri göndərildi. Martın 16-da məlum oldu ki, əsgərlər Şamaxıya hərəkət edərkən yolboyu Ağdərə, Novxanı, Qarxunlubaşqa kəndləri qarət etmiş, əhalini qırıb-çatmışdı. Martın 17-də erməni qoşunları Şamaxıya yetişmişböyük vuruşma başlamışdır. Martın 30-da ermənilər Mədrəsə kəndindən şəhəri top atəşinə tutmuşdular. Aprelin 3-dən 16-dək Şamaxı şəhəri və onun kəndlərinin müsəlman əhalisi böyük itkilər vermişdi. Bu ərəfədə PetrovunAvetisovun quldur dəstələri kütləvi qırğınlar törətmişdilər. Tarixi abidə olan Cümə məscidi yandırılmışdı.

Azərbaycanın İrəvan, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində isə Andranikin, Dronun, Njdenin silahlı dəstələri azərbaycanlıların kütləvi qətliamını həyata keçirmişdilər. Andranikin silahlı dəstələri 1918-ci ildə Naxçıvan qəzasının Yaycı kəndinə hücum edərək 2500 nəfəri qətlə yetirmiş, meyitlərini isə Araz çayına atmışdılar...

Mart soyqırımı ərəfəsində mətbuat orqanlarına qadağalar qoyuldu. 1918-ci ilin martınadək Azərbaycanda 20-dən artıq ana dilində mətbuat orqanı fəaliyyət göstərirdi. Qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetləri nəşr edilirdi, digər mətbuat orqanlarına qadağa qoyulmuşdu. Bakı Sovetinin sədri Şaumyanın əmri və mətbuat bürosunun qərarı ilə “Mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər də bağlanmışdı. “Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunurdu ki, 17 yaşından 50 yaşınadək Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdılar. Vəziyyətin acınacaqlı olduğunu qəzet bu sözlərlə bildirirdi: “Şamaxı şəhəri bütünlüklə yanıb”.

 

Soyqırımına dolğun hüquqi-siyasi qiymət

 

Mart soyqırımı əsl hüquqi-siyasi qiymətini yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Ulu Öndər Heydər Əliyevin mart hadisələrinin 80-ci ildönümü münasibətilə - 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni təcavüzkarlarının terror hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il il tarixli sərəncamı bəşəriyyətə qarşı yönəlmiş cinayətlərin qarşısının alınmasına, ümumilikdə dünyanın bir daha belə dəhşətlər yaşamaması məramına yönəlmiş mühüm dövlət sənədidir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə dünyanın hərb tarixini dəyişdi. Düşmənə elə bir dərs verildi ki, faşist xislətli ermənilər bundan sonra bir də cəsarət edib soyqırımı, müharibə haqqında düşünə bilməzlər. Xam xəyallara qapılanda isə “dəmir yumruğun ağır zərbəsini öz üzərlərində hiss edəcəklər.

Xalqımız  gözəl bir dünya qurmaqdan ötrü tərəqqipərvər bəşəriyyəti haqqı, ədaləti təmin etməyə, zalımları öz cəzalarına çatdırmağa çağırır.

Bu, Azərbaycan dövlətinin, dünyanın gələcəyinə görə dərk edilmiş məsuliyyətidir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 31 mart.- S.6.