Gəlin salamlayaq doğma baharı!

 

El şənliyi

 

Goranboyda Novruz bayramı münasibətilə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə rayon sakinləri əziz gün - Novruz bayramı münasibətilə təbrik olunduqdan sonra  Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbədən danışılmışdır. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra ərazi bütövlüyümüzün təmin olunduğu diqqətə çatdırılmış, 30 ildən sonra ilk dəfə bütün torpaqlarımızda bayram tonqallarının qalandığı, güclü dövlət və qalib xalq kimi qürurla əsl bayram günlərini qeyd etdiyimiz diqqətə çatdırılmışdır.

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev və Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov bayram tonqalını alovlandırdıqdan sonra rayonun mədəniyyət və incəsənət ustalarının ifasında bayram konserti təqdim olunmuş, milli adət-ənənələrimizi özündə əks etdirən folklormilli mətbəximizin nümunələri, rayon rəsm qalereyasının təqdimatında rəsm sərgisi nümayiş etdirilmişdir.  İdmançıların nümunəvi çıxışları da tədbirə xoş ovqat qatmışdır.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 19 mart.- S.7.