Ən islahatçı Prezident

 

İlham Əliyev Azərbaycanı siyasi-iqtisadi parametrlər üzrə kimdənsə asılı olmayan dövlətə çevirib

 

 Son illər dünyada baş verən qlobal böhranlar, istər müharibələr, toqquşmalar, istərsə pandemiya xarakterli gərginliklərin yaratdığı fəsadlar ilk növbədə dövlətlərin iqtisadi imkanlarına ciddi təsir göstərir. Bəzi dövlətlərdə yaranan maliyyə böhranları ağır nəticələrə səbəb olur.

Üzləşdiyi bütün problemlərdən ən az itki ilə çıxan Azərbaycan dövləti heç zaman iqtisadi cəhətdən zəifləməyib, hətta qlobal böhran şəraitində belə sosial layihələrini təxirə salmayıb ölkənin sosial-iqtisadi durumu tənəzzül yaşamayıb. Bunun yeganə səbəbi isə siyasi iqtisadi müstəqillik, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatlardır. Məhz bu islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı nəinki dayanıqlılığını qoruyub, hətta müxtəlif sahələrdə inkişafı da təmin edib. Ötən ilin bu ilin son 2 ayının statistik göstəricilərinə nəzər yetirsək bunu aydın şəkildə görə bilərik.

 

Valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfədən çox üstələyir

 

Azərbaycan siyasi-iqtisadi meyar parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir.

Ötən il Azərbaycanda, əsasən 3 istiqamətdə - işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq prosesi, pandemiyanın iqtisadiyyatda yaratdığı fəsadların aradan qaldırılması, qlobal ərzaq qıtlığı bahalaşmaya qarşı mübarizə ilə bağlı tədbirlər həyata keçirilib xeyli uğurlar əldə edilib. 2021-ci ildə İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf dinamikası davam edib. Rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması, dayanıqlı iqtisadi artımın sürətləndirilməsi, inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışının təmin edilməsi məqsədilə Prezident tərəfindənAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Sərəncamın icrasının təmin edilməsi “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Nazirlər Kabineti tərəfindən 5 Milli Prioriteti əhatə edən 10 alt işçi qrupu yaradılıb.

2021-ci ildə ölkədə ümumi daxili məhsul 5,6 faiz, sənaye istehsalı 5,2 faiz  artb. O cümlədən artım tempi qeyri-neft sektoru üzrə 7,2 faiz, qeyri-neft sənayesi üzrə 18,9 faiz,  kənd təsərrüfatı istehsalında 3,4 faiz təşkil edib.

Ötən dövrdə xarici ticarət dövriyyəsi təxminən 35,6 milyard dollara çatıb, müsbət ticarət saldosu 12,1 milyard dolları ötüb. Vergi gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 1,7 milyard manatdan çox olub ki, bu vəsait 2022-ci ilin dövlət büdcəsinin sosial yönümlü xərclərinin artımına yönəlib. Ölkənin strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb xarici birbaşa dövlət borcunu 7 dəfədən çox üstələyir.

Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib. Bu ilin 2 ayında xarici ticarət dövriyyəsi 80,4 faiz artaraq 7,94 milyard dollar, ixrac 2,1 dəfə artaraq 5,97 milyard dollar, idxal isə 22,3 faiz artaraq 1,97 milyard dollar təşkil edib. Xarici ticarət saldosu 3,4 dəfə artaraq 4 milyard dollar olub.

İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə əsas kapitala investisiya qoyuluşları ötən ilin müvafiq dövrünə nisbətən bu ilin iki ayında 12,1 faiz artıb. Ölkəmizdə dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsi olaraq bu ilin iki ayında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz artaraq 12 milyard 419,7 milyon manat olub. Sənaye potensialından səmərəli istifadə nəticəsində bu ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsullarının istehsalı qeyri-neft-qaz sənayesində 20,8 faiz artıb.

 

3,4 milyon şəxsi əhatə edən sosial paket

 

Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 455 milyon manat vəsait sərf edilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin 59 faizi aqrar sektora yönəldilib.

Aztəminatlı sosial cəhətdən həssas kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ödənilən sosial ödənişlərin, o cümlədən əmək pensiyalarının, sosial müavinətlərin təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan sosial paket çərçivəsində 2022-ci ilin əvvəlindən ölkədə əməkhaqlarında növbəti artımlar edilib. Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları vahid tarif cədvəli üzrə müəyyən olunanların əməkhaqqında orta hesabla 20 faiz artım baş verib. Minimum əməkhaqqı artımı üçün 2022-ci ilin dövlət büdcəsindən ayrılan əlavə illik vəsait 460 milyon manat təşkil edir.

Ümumilikdə, 2022-ci il üzrə əməkhaqqı, pensiya digər sosial ödənişlərin artımı ilə bağlı sosial paket 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 milyard manat təşkil edir.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə 2021-ci ildə 3000-dən artıq mənzil təqdim edilib. Qaçqın məcburi köçkünlərin sosial müdafiəsi üçün 2021-ci ilin dövlət büdcəsindən 354 milyon manat vəsait ayrılıb. 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, xəsarət almış əlil olmuş hərbi qulluqçulara bütövlükdə təqribən 55 milyon manatdan çox sığorta ödənişləri verilib. Eyni zamanda 2021-ci ildə ölkəmizin müdafiə qabiliyyətinin, hərbi qüdrətinin artırılması istiqamətində əməli addımlar atılıb. Yeni silahlar, texnikalar alınıb, ordunun maddi-texniki bazası daha da möhkəmləndirilib.

2021-ci il ərzində regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsinin investisiya xərclərindən 212 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə 122 milyon manat vəsait ayrılıb. Dövlət başçısının müvafiq fərmanına əsasən, iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib ölkədə iqtisadi rayonların sayı 14-ə çatdırılıb.

İşğaldan azad olunmuş ərazilərin bərpası yenidən qurulması ilə bağlı ötən ilin dövlət büdcəsindən ayrılan 2,2 milyard manat vəsait demək olar ki, tam istifadə olunub. Ötən il istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, hazırda inşası aparılan Zəngilan Laçın beynəlxalq hava limanları digər mühüm avtomobil, dəmir yol sosial infrastruktur layihələri bölgənin inkişafına əhəmiyyətli təkan verir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli tədbirlər görülüb hazırda bu davam etdirilməkdədir. Dövlət başçısının fərmanları ilə Ağdam Sənaye Parkı Şərqi Zəngəzur iqtisadi rayonundaAraz Vadisi İqtisadi ZonasıSənaye Parkı yaradılıb.

 

Milli prioritetlər davamlı yüksəlişə böyük töhfələr verəcək

 

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərölkənin davamlı yüksəlişinə böyük töhfələr verir gələcəkdə bu proses davam edəcək.

Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş yeni prioritetlər növbəti onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini təmin etmək baxımından tamamilə yeni imkanlar açır.

Milli prioritetlərin reallaşması həm milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq. Çünki bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.

Müstəqilliyinin bərpasından ötən 31 ildə heç vaxt indiki kimi güclü istiqrarlı olmayan Azərbaycan dünya düzənində özünəməxsus yer tutan ölkələrədən biridir. Bunun yeganə səbəbi isə Prezident İlham Əliyevin tam müstəqil siyasət yürütməsi, mütərəqqi islahatları ölkənin iqtisadi qüdrətinin getdikcə daha da güclənməsidir.

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.-19 mart.- S.1; 5.