Azərbaycan diasporu çoxmillətli və xoşməramlıdır

Bu il aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı həm tarixi, həm də siyasi baxımdan xalqımız üçün xüsusi önəm daşıyır. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra bu tədbirin Şuşa şəhərində keçirilməsinin rəmzi mənası var.

Şuşa tarixən Qarabağın paytaxtı olubonun təməli də azərbaycanlı Pənahəli xan tərəfindən qoyulub. Bir sözlə, bu ərazinin ermənilərlə heç bir tarixi bağlılığı yoxdur. Sadəcə onlar buraya çar Rusiyası tərəfindən Cənubi Qafqazın xristianlaşdırılması üçün İran və Türkiyədən köçürülüb. Odur ki, qurultayın Şuşada keçirilməsi dünya ermənilərinə və onların havadarlarına bir mesaj idi. Azərbaycan dövləti bir daha bəyan etdi ki, bu ərazilər bizə məxsusdur və bununla bağlı heç bir müzakirə aparılmayacaq. Üstəlik, illərlə ermənipərəst dairələr və Minsk qrupu tərəfindən qaldırılan status məsələsi də Prezidentimizin təbirincə desək, gorbagor oldu.

Azərbaycanın uzun illər bu münaqişəni sülh yolu ilə həll etmək istəməsi ermənipərəst dairələr tərəfindən düzgün qiymətləndirilmədi. Onlar bunu Azərbaycan xalqının acizliyi kimi başa düşdülər. Lakin 44 günlük Vətən müharibəsində xalqımız bütün dünyaya qəhrəmanlıq dərsi keçdi. Təsəvvür edin ki, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində də fərarilik edənlər olmuşdu. Azərbaycanın 44 günlük müharibəsində isə tarixi qələbəmizi təmin edən döyüşlərdə bircə fərarilik faktı qeydə alınmamışdır. Dünya hərb tarixində bu, nadir hadisələrdən sayılır. Bütün dünya gördü ki, Azərbaycan əsgəri canından qorxmur, fərarilik etmir, şərəflə şəhid olmağa üstünlük verir.

Qələbəni bizə yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan xalqının əzmi və gücü, Azərbaycan əsgərinin Vətən sevgisi və şücaəti oldu. Ermənilər uzun illər ərzində bu torpaqları azad etməyimizə mane olmaq üçün beş, bəzi yerlərdə altı müdafiə xətti, istehkamlar qurmuş, tikanlı məftillər çəkmişdilər. Öyünürdülər, elə bilirdilər ki, bu müdafiə qurğularını yarıb keçə bilmərik. Qəhrəman Azərbaycan əsgəri bu müdafiə xətlərini cəsarətlə keçərək düşməni işğal etdikləri ərazilərimizdən qovmağa başladı.

Prezident İlham Əliyev Şuşada Zəfər qurultayında Azərbaycan əsgərinin müharibədə göstərdiyi qəhrəmanlıq barəsində demişdir: "İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayam milli ruh, ədalət və Vətən sevgisi onları ölümə apardı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir".

Bununla dövlət başçısı dünyanın diqqətinə çatdırmaq istəyir ki, ermənilər Birinci Qarabağ müharibəsində bütün müharibə qaydalarını pozan tərəf olmuşlar. Onlar mülki əhaliyə qarşı divan tutmuş və Xocalıda soyqırımı törətmişlər. Azərbaycan əsgəri isə qisası dinc əhalidən yox, döyüş meydanında əli silahlı erməni döyüşçülərindən almışdır. Bu fakt bir daha Azərbaycan xalqının nə qədər yüksək əxlaqi dəyərlərə sahib olduğunu göstərdi.

Azərbaycan diasporu ilə erməni diasporu da köklü şəkildə fərqlənirlər. Erməni diasporu yalnız ermənilərdən, bir də onların pulla ələ aldıqları xaricdəki siyasətçilər və KİV nümayəndələrindən ibarətdir. Yəni ermənilərin mənafeyini müdafiə edənlər onların muzdlularından başqa bir kimsə deyil. Azərbaycan diasporu isə çoxmillətlidir. Diasporumuzun tərkibində azərbaycanlılarla yanaşı, digər xalqların övladları da var. Onlar heç bir maddi təmənna güdmədən öz tarixi vətənlərini müdafiə edərək Azərbaycan həqiqətlərini dünyaya yayırlar. Səbəbi çox sadədir - onlar ölkəmizdə yaşadıqları dövrdə heç bir ayrı-seçkiliyə məruz qalmamışlar. Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayında ölkəmizdə yaşamış müxtəlif xalqların nümayəndələrinin iştirak etməsibunu sübut edir.

Məlumdur ki, erməni diasporunun formalaşmasının tarixi yüz ildən çoxdur. Azərbaycan diasporu isə ölkəmiz müstəqillik qazandıqdan sonra formalaşmağa başlamışdır, ancaq buna baxmayaraq, dünyada ciddi bir qüvvəyə çevrilə bilmişdir. İkinci Qarabağ müharibəsi zamanı bunun şahid olduq. Ermənilər bizim diasporun gücünü gördükdə çaşqınlığa uğrayaraq cinayətə əl atmağa başladılar. Dünyada özlərini məzlum xalq kimi təqdim edənlərin üzünü hamı gördü. Onlar bu qanunazidd hərəkətlərinə görə yaşadıqları ölkədə hətta cinayət məsuliyyətinə də cəlb olundular.

Dövlət başçısı qurultayda dünya azərbaycanlılarını daha fəal olmağa çağırdı. Bildirdi ki, onların fəallığı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin maraqlarının qorunması üçün əhəmiyyətlidir. Həmçinin vurğuladı ki, dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli amildir.

Prezident İlham Əliyev qurultayda dünya azərbaycanlılarına postmüharibə dövründə baş verən siyasi proseslər və sülh danışıqları barədə ərtaflı məlumat verdi. Dövlət başçısı bildirdi ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar aparmağa razılıq verib. Qalib ölkə kimi sülh danışıqlarının aparılması üçün beş prinsipdən ibarət təklifləri biz vermişik: "Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana qarşı hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq". Bu, Ermənistan dövlətinin rəsmi mövqeyidir. Ancaq bu ölkədəki müxalifrevanşist qüvvələr hələ də sərsəmcəsinə ölkəmizə qarşı ərazi iddiası irəli sürməkdə davam edir. Bir həqiqət isə ağlı başında olan erməni siyasətçilərinə, elə revanşistlərə də, onların havadarlarına da aydındır, yenidən müharibə olsa, Ermənistanın bir dövlət kimi mövcudluğu sual altında olacaq. Bunu dövlət başçımız dəfələrlə açıq və kəskin şəkildə bəyan etmişdir.

Prezident İlham Əliyev Zəfər qurultayında Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına xəbərdarlıq edərək demişdir: "Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri varbiz hər an erməni faşizmini, - əgər bir daha baş qaldırsa, - əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı başa düşürheç vaxt bunu unutmamalıdır".

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.- 5 may.- S.13.