GDU-da elmi-praktik konfrans keçirilib

 

Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq diqqətə çatdırmışdır ki, taleyinə yalnız qurmaq yaratmaq missiyası yazılmış bu böyük insan xalqın təkidi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi sayəsində xalqımızı bir çox bəlalardan xilas etmişdir: "90-cı illərin əvvəllərində ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almış, ayrı-ayrı siyasi qüvvələrə şəxslərə tabe olan silahlı birləşmələri ləğv etmiş, vahid komandanlığa tabe olan ordu yaratmışdır. Ulu Öndər tərəfindən görülən böyük işlərin, həyata keçirdiyi xilaskarlıq quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik hüquqi dövlətdə yaşamaq imkanı əldə etmişdir".

Sonra Ulu Öndərin həyat fəaliyyətindən, siyasi fəaliyyətindən bəhs edən müxtəlif mövzularda məruzələr dinlənilmişdir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 8 may.- S.11.