Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

 

Azərbaycan-Polşa dostluq əməkdaşlıq münasibətilə məmnunluq doğurur

 

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramıKonstitusiya Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi xoş arzularımı çatdırıram.

Azərbaycan-Polşa ənənəvi dostluq əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir.

İnanıram ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə Avropa İttifaqı çərçivəsində fəal qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqına daim əmin-amanlıq rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2022-ci il

 

Azərbaycan.- 2022.-5 may.- S.3.