Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti ADAU-da olub

 

Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) olmuşdur.

Səfərdə Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı, müdir müavini professor Abdulmecit Albayrak, Klinik Tədqiqat, İnkişaf Dizayn Tətbiqi Tədqiqat Mərkəzinin müdiri, professor Zekai Halıcı, Əczaçılıq fakültəsinin əməkdaşı professor Yasin Bayır iştirak etmişlər.

Baytarlıq təbabəti fakültəsində qonaqlarla keçirilən görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qarşılıqlı elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırmış, xüsusilə balıqçılıq sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

Görüşdə Atatürk Universitetinin tanıtım çarxı nümayiş olunduqdan sonra çıxış edən professor Abdulmecit Albayrak Atatürk Universitetinin tarixi barədə ətraflı məlumat vermişdir.

Türkiyəli professor Zekai Halıcının təmsil etdiyi mərkəzdə görülən işlər aparılan araşdırmalar barədə iştirakçılara verdiyi məlumatdan sonra professor Elif Çadırcı ADAU-nun Baytarlıq təbabəti fakültəsinin müxtəlif ixtisasdan olan tələbələri ilə görüşmüşdür. Tələbələrə Atatürk Universitetinin maddi-texniki bazası təhsil imkanları barədə ətraflı məlumat verilmişdir.

 

S.ƏLİYEV

 

Azərbaycan.- 2022.-18 may.- S.11.