Şuşa qlobal əməkdaşlıq platformasına çevrilir

 

 

Mədəniyyət paytaxtımız beynəlxalq tədbirlərə layiqincə evsahibliyi edir

 

 

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı ilə Azərbaycanın rəşadətli ordusu cəmi 44 gün ərzində erməni faşizmi üzərində qəti qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa edib.

İşğalçı düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın idi ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirib. Mənfur düşmən üzərində qazandığımız bu tarixiparlaq qələbə,  regionda, o cümlədən ölkəmizdə yeni siyasi, iqtisadi, hərbi reallıqlar yaradıb. Eyni zamanda bölgədə yeni təhlükəsizlik, əməkdaşlıq formatına stimul verib.

İndi azadlığına qovuşdurulan əzəli yurdlarımız quruculuq-bərpa meydanına, mədəniyyət mərkəzinə, beynəlxalq tədbirlərə evsahibliyi edən şöhrətli ünvana, dünyaya sülh və barışıq mesajının verildiyi unikal məkana çevrilib...

 

 

Zəfər yolu ilə Şuşaya doğru...

 

 

 

Vətən müharibəsi işğaldan azad olunan tarixi torpaqlarımızda yenidən həyatın canlanmasını təmin etdi. Möhtəşəm qələbəmizin üzərindən ötən qısa zamanda erməni vəhşiliyi ilə 30 ildir ki, üz-üzə qalan yurdlarımız artıq dirçəlməyə başlayıb.

Qarabağda, Şərqi Zəngəzurda anbaan baş verən bu əzəmətli dəyişikliyi bütün dünya da yaxından izləyir. Artıq bu da xoş bir ənənəyə çevrilib ki, Azərbaycana səfər edən həm xaricdə yaşayan həmvətənlərimiz, həm də beynəlxalq ictimaiyyətin nümayəndələri mütləq yollarını azad yurdlarımızdan salır, Zəfər yolu ilə Qarabağımızın incisi Şuşaya baş çəkirlər. Eyni zamanda mədəniyyət paytaxtımızın evsahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirak edir, bu uca şəhərdə tarixən var olan mədəni ab-havanın ümumi ahənginə töhfə verirlər.

Bu baxımdan ötən ay dünya azərbaycanlılarının mədəniyyət paytaxtımıza yığışaraq təntənəli Zəfər qurultayını keçirmələri müstəsna əhəmiyyət daşıyırdı. Sayca 5-ci olan bu fəxarətli qurultayda azad Qarabağda, azad Şuşada toplaşan həmvətənlərimiz öz həmrəyliklərini bəyan etdilər.

Bu gün Şuşa həm də dünyada Qafqazın diplomatiya mərkəzi kimi tanınır. "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq forumun da məhz Qarabağımızın incisi Şuşada təşkil olunması buna bariz nümunədir.

Bu günlərdə Azərbaycanın dilbər guşəsi Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəldilər. Mədəniyyət paytaxtımızda keçirilən Şuşa I Beynəlxalq Kulinariya Festivalında Azərbaycan xalqının qonaqpərvərliyi, bu şəhərin qədimliyi və gözəlliyi bir daha nümayiş etdirildi.

 

Bu il 12-14 may tarixlərində keçirilən beynəlxalq statuslu "Xarıbülbül" festivalının isə bir başqa təntənəsi oldu. Dünyanın müxtəlif ölkələrindən gələn folklor kollektivləri festivalda möhtəşəm çıxışlar edərək Qarabağımızın baş tacından mədəniyyət, barışıq carı çəkdilər. 

 

 

 

Bu dəfə İƏT heyəti Şuşaya səfər etdi

 

 

 

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən dövlətlərin parlament nümayəndə heyətləri də bu dəyişilməz ənənəyə sadiq qalaraq, mayın 18-də Azərbaycanın mədəniyyət paytaxtına səfər etdilər.

Qeyd edək ki, Avrasiyada əhəmiyyətli regional birlik olan İƏT-in əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, onların  davamlı iqtisadi inkişafının təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişafı, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Adından da göründüyü kimi, bu təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığı özündə ehtiva edir, amma xüsusilə vurğulanası məqamdır ki, İƏT həm də artıq həllini tapmış Qarabağ məsələsində daim Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə edib. Təşkilatın ötən il keçirilən XIV onlayn Zirvə toplantısında çıxış edənlər Prezident İlham Əliyevi qələbə münasibətilə təbrik etmişdilər.

Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Şuşaya sözügedən səfərlərində mədəniyyət paytaxtımızda aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış oldular.

Eyni zamanda Şuşada erməni vandallığına da əyani şahidlik edən qonaqlar şəhər meydanında Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir bəy Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat aldılar. Parlamentarilər şəhərdə gəzinti zamanı  da ermənilərin mədəniyyət abidələrimizə vurduqları ziyan, qədim artefaktlarımızı saxtalaşdırmaları barədə məlumatlandırıldılar.

Qürur qalamızın əsrarəngiz mənzərələrini seyr edən Şuşanın mehmanları bu gün əlamətdar tədbirlərin keçirildiyi baş meydana çevrilən Cıdır düzündə oldular. Keçilməz sıldırımları aşaraq Cıdır düzünə qalxan və canları, qanları bahasına Şuşanı azad edərək Azərbaycana zəfər qazandıran qəhrəman oğullarımızın şücaətinə bir daha əhsən dedilər.

Ümumiyyətlə, işğaldan azad edilən torpaqlarımıza səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri qısa müddət ərzində Azərbaycan dövlətinin bu ərazilərdə gerçəkləşdirdiyi möhtəşəm işləri, həyata keçirdiyi böyük layihələri gördükcə heyranlıqla təqdir edirlər. Bir daha Azərbaycan xalqının quruculuq, bərpa, rifah, tərəqqi əzminə şahidlik edib, milli dəyərlərə əsaslanan bu mənəvi qüdrətini örnək götürüləsi nümunə sayırlar.

 

 

 

Erməni vəhşiliyini görən dünya dəhşətə gəlir

 

 

 

"...Biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz sadəcə şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik". Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilən torpaqlarımızda olan erməni barbarlığı bütün dünyanı dəhşətə gətirib.

Qarabağa, Şərqi Zəngəzura səfər edən, istər xarici media, QHT, yaxud hansısa təşkilatın üzvü, ya sıravi vətəndaş, kimliyindən asılı olmayaraq hər kəs dəhşətə gəlir. Azərbaycan dövlətinin bu ərazilərdə qısa zamanda həyata keçirdiyi quruculuq-bərpa işlərinin fonunda 30 ildir ki, erməni vəhşilərinin burada törətdiyi dağıntıları, talanları görüb sözün əsl mənasında şok yaşayırlar.

İşğalçı Ermənistan bu illər ərzində tarixi torpaqlarımızı istismar edib, təbii sərvətlərimizi talayıb, bütün şəhər və kəndlərimizi viran qoyub, evlərimizi söküb, təbiətimizə qənim kəsiliblər. Barbar ermənilər bu iyrənc əməllərə həm 1990-cı illərin əvvəllərində zorla torpaqlarımıza yiyələnmək istəyəndə, həm də 2020-ci ildə Azərbaycan Ordusu onları vətənimizdən qovanda əl atıblar.

Necə deyərlər, zaman dəyişsə də, ermənilərin vəhşi xisləti dəyişmir. Barbar ermənilər milli-mənəvi dəyərlərimizə, dinimizə qarşı da dözümsüzlük, düşmənçilik nümayiş etdirərək qanunsuz şəkildə illərlə işğal altında saxladıqları torpaqlarımızda xalqımıza məxsus bütün dini ocaqları, məscidləri, məzarlıqları, tarixi, mədəni abidələri dağıdıblar.

Statistikaya əsasən, işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgah olub. Həmin 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i mənfur ermənilər tərəfindən tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Erməni vandalları Azərbaycana məxsus mədəni və dini mülkiyyəti talan və təhqir edib, dəyişdirib və ya qanunsuz olaraq Ermənistana daşıyıblar. İşğaldan azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzeymuzey filialı məhv edilib.

Sadalanandaha toxunmadığımız minlərlə bu kimi iyrənc əməllər həm də mənfur ermənilərin özləri üçün uydurduqları və elə təkcə özlərinin inandıqları "mədəni xalq" mifologiyasını da darmadağın edir. Bu vəhşi tayfanın guya qədim tarixə, mədəniyyətə malik xalq olduğu saxta konsepsiyanı alt-üst edir. Bütün dünyaya əyani nümayiş etdirir ki, ermənilərin əsl "mədəniyyət"i Qarabağda, Şərqi Zəngəzurda 30 il ərzində törətdiyi vəhşilikdir. Viran qoyduqları yurdlardır, məhv etdikləri təbiətdir, goreşənlik edib qazdıqları qəbirlərdir, dağıdıb təhqir etdikləri dini ocaqlar, məscidlərdir. Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bunları hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib.

Faşist xislətli ermənilər insanlığa yaraşmayan, adlarına sonsuzadək qara ləkə olacaq bütün bu barbar əməlləri törətməklə zorla zəbt etdiyi torpaqları əbədi işğal altında saxlamaq istəyində idilər. Amma unudurdular ki, Azərbaycan işğalla barışmayacaq və sülh yolu ilə olmasa, müharibə yolu ilə mütləq öz dədə-baba torpaqlarını azad edəcək.

 

 

 

Bu torpaqların əzəli və əbədi sahibləri qayıdıblar

 

 

 

İndi Azərbaycan xalqı haqq və ədalətin qələbəsi olan bu gerçəyi yaşayır. Bu torpaqların əzəli və əbədi sahibləri qayıdıb. Bu yerlərdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda vəhşi ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Bir sözlə, Azərbaycan tarixi torpaqlarımızda hədəflədiyi bütün işləri reallığa çevirir və gələcək hədəflərə doğru uğurla irəliləyir.

Ölkəmizə gələrək azad ərazilərimizə səfər edən dünya ictimaiyyətinin nümayəndələri də görürlər ki, kim bu yurdların qurucu və əzəli sahibləri, kimi də işğalçı, barbar və talançıdır...

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 20 may.- S.3.