"Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası"nın  təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən qərara alıram:

1. "Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazinin komendantlığının fəaliyyəti Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 4 noyabr.- S.1.