Siyasi-diplomatik müdrikliyin qlobal nüfuzun göstəricisi

 

Soçi görüşündən qalib ayrılan Prezident İlham Əliyev ərəb dünyasının  ali platformasından da Azərbaycanın maraqlarını həqiqətləri dünyaya bəyan etdi

 

İkinci Qarabağ savaşı bütövlükdə Qarabağ münaqişəsinə son qoyaraq regionda yeni reallıqlar yaradıb. Artıq Rusiya sülhməramlılarının müvəqqəti yaşadıqları Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərin status iddialarına da yer yoxdur. Bunu Brüssel formatı çərçivəsində keçirilən görüşlər təsdiq edir. Bu ərazilərdə yaşayan ermənilərlə bağlı məsələlərin Azərbaycanın daxili işi olduğunu Avropa İttifaqı da qəbul edir.

 

Münasibətlərin normallaşdırılmasının əsasında Azərbaycanın yaratdığı yeni reallıqlar dayanır

 

44 günlük müharibənin başa çatmasından sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bütün  görüşlərdə müzakirələr sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzuları ətrafında aparılıb.  Bu müzakirələrdə bir dəfə olsun artıq tarixə qovuşmuş münaqişədən danışılmayıb, burada yaşayan ermənilərin məsələsi müzakirə olunmayıb. 

Eyni zamanda bu görüşlərdə  Ermənistanın öz öhdəliklərini yerinə yetirmədiyi diqqət yetirilən əsas mövzu olub. Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanı qətiyyətlə mövcud reallıqların tələblərinə uyğun davranmağa məcbur edir. Praqa görüşündə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da göstərdi ki, proses çətin olsa da gedir.

Son olaraq oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən görüş bir daha göstərdi ki, Azərbaycan yaratdığı yeni reallıqlar çərçivəsində öz milli maraqlarını qətiyyətlə təmin edir. Təsadüfi deyil ki, bu görüşlə bağlı bir sıra erməni politoloqların, revanşistlərin proqnozları özünü doğrultmadı.  Məsələn, Prezident İlham Əliyev, Prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə Qarabağın adı belə çəkilmir.  O cümlədən imzalanan Bəyanatda da Qarabağ münaqişəsi, ermənilərin statusu kimi ifadələr, ümumiyyətlə, yer almayıb. Bu sənədlə tərəflər yalnız Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq ediblər. O cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşıblar.

Bəyanata əsasən tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə həll etmək barədə razılığa gəliblər, eyni zamanda sülh müqaviləsi bağlanmasına fəal hazırlaşmağın vacibliyini vurğulayıblar. Bu da onu göstərir ki, tərəflər Praqada təsdiq olunan məsələləri Soçidə razılaşdırıblar.

Beləliklə, Soçi görüşü regionda sülhün təmin edilməsi istiqamətində mühüm mərhələ oldu. Ən əsası bu görüş bir daha göstərdi ki, Ermənistanın erməni revanşistlərinin əsassız iddialarına heç bir siyasi platformada yer yoxdur. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması isə Azərbaycanın 44 günlük müharibədə yaratdığı yeni reallıqlardan keçir.

 

Ərəb dünyası ilə əlaqələr yeni mərhələyə yüksələcək

 

Bu həftənin mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin Əlcəzairdə keçirilən  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı oldu. Qeyd edək ki, zirvə toplantısı Ərəb Dövlətləri Liqasının ali tədbiridir. Budəfəki toplantıda ərəb ölkələri ilə bağlı akutal məsələlər müzakirə mövzusu idi.

Azərbaycan öz xarici siyasəti ilə hər zaman müsəlman dünyasının həmrəyliyinə dəyərli töhfələr verib. İslam dəyərlərinin dünyada təbliğini qorunmasını hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan müsəlman aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi müsəlman dövlətləri arasında həmrəyliyin gücləndirilməsini diqqət mərkəzində saxlayır, bu istiqamətdə səmərəli təşəbbüslərlə çıxış edir.  Azərbaycan bütün beynəlxalq müstəvilərdə müsəlman dövlətlərinə dəstək göstərib.

Təbii ki, bütün bunlar ərəb dünyasında da rəğbətlə qarşılanır. Bu baxımdan Prezident İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı həm dövlətimizin başçısına, həm Azərbaycana olan yüksək ehtiramın göstəricisi idi. Eyni zamanda Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının bu ali tədbirinə dəvət olunması Azərbaycanla ərəb dünyası arasındakı yaxın münasibətlərdən xəbər verir.  Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, yaxın gələcəkdə əməkdaşlığımız genişlənəcək yeni xarakter, yeni dinamika alacaq.

Bir məsələni qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən müsəlman dövlətlərinin səfirləri Ermənistanın vəhşiliklərinin, o cümlədən İslam dəyərlərini təhqir etməsinin şahidi olublar. Zirvə toplantısında bu məsələyə diqqət yetirən Prezident İlham Əliyev Ermənistanın İslam düşməni olduğunu Ərəb Dövlətləri Liqasının ali platformasından bəyan etdi. "Bəs qayıtdıqdan sonra biz gördük? On min kvadratkilometrdən çox ərazinin tamamilə məhv edildiyini gördük. Bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerləyeksan edilmiş, dağıdılmışdır - şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta bizim əcdadlarımızın qəbirləri. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin təzahürüdür" -deyə İlham Əliyev bildirdi.

Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı Azərbaycanın regionda yaratdığı reallıqların ərəb dünyasına daha yaxından təqdim olunması baxımından mühüm siyasi hadisədir. İlham Əliyevin bu tədbirə dəvət olunması, ölkəmizin həm Əlcəzair, həm bütövlükdə ərəb dünyası ilə əlaqələrini yeni mərhələyə yüksəldəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 4 noyabr.- S.1; 7.