Tovuzda Zəfər Gününə həsr edilmiş intellektual turnir keçirilmişdir

 

Tovuzda rayon icra hakimiyyəti və Gənclərin İnkişafKaryera Mərkəzinin Tovuz nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş intellektual turnir keçirilmişdir.

20-yə yaxın komandanın iştirak etdiyi turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin bütövlüyü uğrunda canını fəda edən igidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Sonra oyun iştirakçılarına 44 günlük Vətən müharibəsinə, milli qəhrəmanlara və Qarabağın tarixinə dair suallar verilmişdir. Gərgin mübarizə şəraitində keçən bilik yarışının sonunda Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin komandası birinci, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tovuz şöbəsinin komandası ikinci, Tovuz Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə  nümayəndəliklərini təmsil edən komandası üçüncü yerə çıxmışdır.

Turnirin sonunda qaliblərə Tovuz Rayon İcra Hakimiyyətinin və  Qazax-Tovuz Regional Təhsil İdarəsinin kubok, medal və hədiyyələri təqdim olunmuşdur.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2022.- 4 noyabr.- S.12.