"Azərbaycan Respublikası Hökuməti ilə
Əlcəzair Xalq Demokratik
Respublikası Hökuməti arasında diplomatik
və xidməti pasportlara malik
şəxslərin qarşılıqlı viza
tələbindən azad edilməsi
haqqında" Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında" 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr
2022-ci il
Azərbaycan.-
2022.- 5 noyabr.- S.3.