"Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola qoşulmaq barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  95-ci  maddəsinin  I  hissəsinin  4-cü  bəndini  rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2008-ci il fevralın 20-də Cenevrə şəhərində imzalanmış "Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında" Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı" Əlavə Protokola Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulsun.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 5 noyabr.- S.3.