Rəsmi
qarşılanma mərasimi
Noyabrın 15-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın
paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi
qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
və Albaniyanın Dövlət bayraqlarının
dalğalandığı meydanda Prezident İlham Əliyevin
şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Albaniya Respublikasının
Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi.
Azərbaycanın və Albaniyanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul
dəstəsinin qarşısından
keçdilər.
Azərbaycan nümayəndə heyətinin
üzvləri Prezident
Bayram Beqaya, Albaniyanın dövlət
və hökumət nümayəndələri isə
Prezident İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları birgə
foto çəkdirdilər.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Azərbaycan.-2022.-
16 noyabr.- S.2.