Avropa Şurasının Uşaq Hüquqları Koordinasiya Komitəsinin 6-cı plenar iclası işə başlayıb

 

Strasburqda Avropa Şurasında Uşaq Hüquqları Koordinasiya Komitəsinin (CDENF) 6-cı plenar iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva komitə iclasında iştirak edir.

İclasda Avropa Şurasının uşaq hüquqları üzrə strategiyasının həyata keçirilməsi, strategiyanın izlənilməsi, uşaqların zorakılıqdan qorunması, bütün uşaqlar üçün bərabər imkanlar yaradılması və onların sosial inteqrasiya, eləcə də texnologiyalardan təhlükəsiz istifadənin bütün uşaqlara əlçatan olması, böhran vəziyyətində uşaq hüquqları, Avropa Şurasını və digər təşkilatların müvafiq orqanları ilə əməkdaşlıq kimi bir çox məsələlər müzakirə ediləcək. Həmçinin gələcək prioritetlər barədə Nazirlər Komitəsinə məsləhətlər vermək üçün Uşaq Hüquqları Koordinasiya Komitəsinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq.

Azərbaycanlı deputat müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcək.

Uşaq Hüquqları Koordinasiya Komitəsinin plenar iclası noyabrın 15-dən 17-dək davam edəcək.

Qeyd edək ki, 18 noyabr Avropa Uşaqların IstismardanCinsi Zorakılıqdan Müdafiə Günü kimi qeyd olunur.

 

Azərbaycan.-2022.- 16 noyabr.- S.7.