Azərbaycanın müdafiə
sənayesi naziri “IDEAS-2022” Beynəlxalq
Müdafiə Sərgisində iştirak edir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən “IDEAS-2022” 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, noyabrın 15-dən 18-dək davam
edəcək mötəbər tədbirə dünyanın
57-dən çox ölkəsindən 300-dən çox
nümayəndə heyəti qatılıb.
“IDEAS
2022” Beynəlxalq müdafiə sərgisinin
açılış mərasimində iştirak edən
M.Quliyev stendləri ziyarət edib, o cümlədən
qardaş Türkiyə Respublikasının Müdafiə Sənayesi
Komitəsinin stendi ilə tanış olub, nümayəndə
heyəti ilə görüş keçirib.
Görüşdə
mövcud əməkdaşlığın inkişaf perspektivləri
və digər məsələlər barəsində fikir
mübadiləsi aparılıb.
Sonra
M.Quliyev Pakistan İslam Respublikasının Müdafiə
İstehsalı üzrə federal naziri Məhəmməd
İsrar Tarin ilə görüşüb.
Qarşılıqlı
anlaşma şəraitində keçən görüşdə
hər iki nazir Azərbaycan-Pakistan Hökumətlərarası
Birgə Komissiyasının həmsədrləri olaraq maraq
doğuran məsələlər haqqında danışıb,
hərbi-texniki əməkdaşlığın perspektivlərini
müzakirə ediblər.
Qeyd
edək ki, sərgi çərçivəsində müdafiə
sənayesi naziri Mədət Quliyevin Pakistanın dövlət
və hökumət nümayəndələri, sərgidə
iştirak edən bir sıra ölkələrin nümayəndə
heyətlərinin rəhbərləri və aparıcı
şirkətlərin təmsilçiləri ilə
görüşləri də nəzərdə tutulub.
Azərbaycan.-2022.- 16 noyabr.- S.7.