Bakıda XVII Beynəlxalq Caz Festivalı başlayıb

 

 

Noyabrın 15-də XVII Bakı Beynəlxalq Caz Festivalı başlayıb. Festivalın açılış mərasimi ADA Universitetində keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, respublikanın mədəniyyət ictimaiyyətinin nümayəndələri, caz musiqisi həvəskarları iştirak ediblər.

Konsertdən öncə Bakıda caz festivallarının tarixinə nəzər salınıb. Qeyd olunub ki, Bakıda ilk dəfə caz festivalı sovet dövründə - 1967-ci ildə keçirilib.

Diqqətə çatdırılıb ki, Bakı Beynəlxalq Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, burada konsertlərdən əlavə, incəsənət sərgiləri caz mövzulu kino günləri təşkil olunur. Bu il istedadlı müasir rəssam Ramina Saadathan rəsmlər yaratdı onları "Rəqs edən Caz" adlı layihədə birləşdirdi. Sərgidə tamaşaçılar caz sədaları altında yaradılmış bu rəsmlərə baxa biləcəklər. Noyabrın 17-də "QGallery"də "Dancing Jazz" sərgisinin açılışı olacaq.

Növbəti maraqlı tədbirlərdən biri tanınmış kinoşünas Ülvi Mehdinin aparıcılığı ilə YARAT Yaradıcılıq Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı ilə yadda qalacaq.

XVII Bakı Beynəlxalq Caz Festivalının proqramı musiqi incəsənətin parlaq elementlərindən yığılmış möhtəşəm "tapmaca" olacaq payız mövsümünü gözəl şəkildə tamamlayacaq.

Vurğulanıb ki, XVII Bakı Beynəlxalq Caz Festivalının açılış mərasiminin ADA Universitetində keçirilməsi təsadüfi deyil. ADA Universiteti gənclərin, tələbələrin inkişafı üçün bir çox layihələr həyata keçirir.

Sonra festivalın yaradıcılarından biri olan tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov tamaşaçıları salamlayıb, onlara gözəl axşam arzulayıb.

Açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, ənənəvi caz festivalının ilk dəfə ADA Universitetində açılışı böyük şərəfdir. Hafiz Paşayev həmçinin caz musiqisi ilə tanışlığına dair xatirəsini tədbir iştirakçıları ilə bölüşüb. ADA Universitetinin rektoru tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.

Tədbirdə mədəniyyət naziri Anar Kərimov Bakı Beynəlxalq Caz Festivalının gözəl bir ənənəyə çevrilməsindən söz açıb. O, builki festivalın açılış mərasiminin ADA Universitetində keçirildiyi üçün rektor Hafiz Paşayeva minnətdarlığını bildirib. Nazir qeyd edib ki, builki festivalda gənclər üçün xüsusi yer ayrılıb. Festival çərçivəsində onlar arasında müsabiqə keçiriləcək. Eyni zamanda sərgi film nümayişi olacaq. Bakı Beynəlxalq Caz Festivalının coğrafiyası ildən-ilə böyüyür. Bu il Almaniyadan, İsveçrədən, İtaliyadan, İsraildən, Braziliyadan digər ölkələrdən ifaçılar çıxış edəcəklər. Əminik ki, festival Azərbaycanda olan caz ənənələrini daha da inkişaf etdirəcək.

Festivalın açılışında həmçinin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxış edərək burada olmasından məmnunluğunu söyləyib tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Daha sonra "Grammy" mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maret konsert proqramı ilə çıxış edib. O, Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşüb. Unikal layihədə Azərbaycan tərəfini parlaq gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.

Qeyd edək ki, son onillikdə Qreqori müasir caz dünyasının geniş spektrində unikal və cəlbedici səsə çevrilib.

 

Azərbaycan.-2022.- 16 noyabr.- S.11.