Sumqayıt Dövlət Universiteti əməkdaşlarının"Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Xəlilov Elmar Şirinbala oğlu

İsayev Əmirxan İsmayıl oğlu

Mahmudova Lalə Fəqail qızı

Məhərrəmova Sona Səbəddin qızı

Məmmədov Ceyhun Həsən oğlu.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr  2022-ci il

Azərbaycan.-2022.- 17 noyabr.- S.2.