Sumqayıt Dövlət Universitetinin əməkdaşlarına "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına "Əməkdar müəllim" fəxri adı verilsin:

Feyziyev Fikrət Güləli oğlu

Zərbəliyev Məhəmmədəli Məzahir oğlu.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2022-ci il

Azərbaycan.-2022.- 17 noyabr.- S.2.