Şuşa şəhəri
Tarixi Şəhərlər Liqasına üzv seçilib
PaylaşFacebookTwitterWhatsAppTelegram
Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib.
Bununla
bağlı TŞL-in baş katibi Shibata Shigenori
çıxış edərək, Şuşanın liqaya
üzv seçilməsini elan edib.
Daha
sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda
xüsusi nümayəndəsi Aydın Kərimov
çıxış edərək, Şuşanın tarixi və
mədəni əhəmiyyəti, işğal dövründə
ermənilər tərəfindən törədilən
vandallıq və Şuşada aparılan abadlıq və
quruculuq işləri barədə Baş Assembleyanın
iştirakçılarına məlumat verib.
Qeyd
edək ki, TŞL dünyanın fərqli ölkələrindən
126 şəhəri özündə birləşdirən beynəlxalq
bir platformadır. TŞL çərçivəsində
fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin
qorunması və üzv şəhərlərin
turizm potensialının
artırılması istiqamətində sıx əməkdaşlıq
edirlər.
Azərbaycan.-2022.- 17 noyabr.- S.10.