YAP-ın təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

 

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər planı çərçivəsində noyabrın 10-da partiyanın İsmayıllı, AbşeronŞuşa rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - İsmayıllı rayonunda YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Abşeron rayonunda YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Şuşa rayonunda YAP Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, YAP İdarə Heyətinin üzvü, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müstəqil, qüdrətli və qalib Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı möhtəşəm nailiyyətlərdən ətraflı bəhs edilib.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

 

Azərbaycan.- 2022.- 11 noyabr.- S.9.