Bakıda “Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri:
çağırışlar və inkişaf”
mövzusunda dəyirmi masa
keçirilib
Bakıda
keçirilən XI Azərbaycan-Rusiya regionlararası forum
çərçivəsində “Azərbaycan və Rusiyada nəqliyyat
dəhlizləri: çağırışlar və
inkişaf” adlı dəyirmi masa təşkil olunub.
Dəyirmi
masada “Ticarətin inkişafı üçün nəqliyyat
dəhlizlərinin imkanlarından istifadə edilməsi”,
“Eurasian Agroexpress: Problemlər və perspektivlər”,
“Qarşılıqlı tədarükləri artırmaq
üçün liman infrastrukturunun potensialı”, “Nəzarət-keçid
məntəqələrinin modernləşdirilməsi:
ehtiyaclar və perspektivlər” mövzuları ətrafında
müzakirələr aparılıb.
Azərbaycan
Respublikasının rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rəhman Hümmətov
çıxışında Azərbaycan ərazisindən
keçən Şərq-Qərb və Şimal-Cənub – iki əsas
nəqliyyat dəhlizinin inkişafı və rəqabət
qabiliyyətinin artırılması, ölkənin tranzit
potensialının gücləndirilməsi məqsədilə
həyata keçirilən infrastruktur layihələri
haqqında danışıb.
Nazir
müavini Bakı-Tbilisi-Qars dəmir yolunun Şərq-Qərb
nəqliyyat dəhlizinin mühüm hissəsinə
çevrildiyini, bu yolun fəaliyyəti sayəsində region
ölkələrinin dünya iqtisadi birliyinə daha səmərəli
inteqrasiya edə biləcəyini diqqətə
çatdırıb.
Rəhman
Hümmətov işğaldan azad edilmiş ərazilərimizdə
avtomobil və dəmir yollarının tikintisi və bərpası,
beynəlxalq hava limanlarının inşası barədə məlumat
verib.
Nazir
müavini çıxışının sonunda
vurğulayıb ki, Azərbaycanın ümumi nəqliyyat
kompleksinin bir hissəsi olan Zəngəzur dəhlizi hazırda
təkcə Cənubi Qafqazda sülhün bərpası
üçün deyil, həm də Avropaya tədarük zəncirinin
təhlükəsizliyi və sabitliyi baxımından
mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan.-2022.- 18 noyabr.- S.4.