Bakıda II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

 

 

Noyabrın 17-də Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşkilati dəstəyi ilə II Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində səhiyyə nazirinin müavini İlqar Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müavini Nigar Bayramova, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, Milli HematologiyaTransfuziologiya Mərkəzinin icraçı direktoru, "Azərbaycan Hematologiya Mütəxəssisləri" İctimai Birliyinin sədri Valeh Hüseynov, Türk Hematoloji Dərnəyinin rəhbəri professor Muhlis Cem Ar, Avropa Hematologiya Dərnəyinin qurucusu professor Dieter Hoalzer, İstanbul Universitetinin Onkoloji İnstitutunun professoru Bülent Zülfikar çıxış ediblər. Natiqlər konqres zamanı təcrübə mübadiləsinin, hematologiya sahəsindəki yeniliklər barədə məlumatların bölüşülməsinin xəstəliyin diaqnoz və müalicəsini təkmilləşdirmək baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Həmçinin Avropa Hematologiya Assosiasiyasının prezidenti Elizabet Makintayr tədbirə onlayn qoşularaq ürək sözlərini çatdırıb.

Konqres işinə panel sessiyalarla davam etdirib.

Qeyd edək ki, konqresdə 20-yə yaxın ölkədən 132 məruzəçi, 500-dən çox iştirakçı qatılıb. Konqresin elektron ünvanına 100-dən artıq elmi təqdimat, 27 tezis - şifahi məruzə, 37 poster məruzə qəbul olunub. Konqres çərçivəsində Genetika axım sitometriyasınəzəri praktik kursu, II Tibb bacıları simpoziumu keçiriləcək. Simpozium çərçivəsində 5 xarici məruzəçi çıxış edəcək ki, bu da orta tibbi personalın bilik bacarıqlarının artırılmasına təkan göstərəcək.

Noyabrın 19-dək davam edəcək konqres Səhiyyə Nazirliyinin Davamlı Tibbi Təhsil çərçivəsində Elmi Tibbi Şura tərəfindən akkreditasiya olunaraq 24 balla qiymətləndirilib.

 

 

Azərbaycan.-2022.- 18 noyabr.- S.12.