Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Fərzəliyev Murad Qoçu oğlu

Kərimov Mehman Bayram oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 13 noyabr.- S.4.