Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilsin:

Əliyev Vaqif Hüseynağa oğlu

Hüseynov Nazim Qalib oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 13 noyabr.- S.4.