Azərbaycan-Latviya münasibətləri məmnunluq doğurur

 

Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Egils Levitsə

 

Hörmətli cənab Prezident!

Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizibütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram. 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2022-ci il

 

Azərbaycan.- 2022.- 19 noyabr.-  S.1.