Böyük Zəfər əbədi dönüşlə davam edir

 

Azad etdiyimiz ərazilərimizə sülh və qurub-yaratmaq üçün qayıdırıq

 

Müstəqilliyimizin ömrü təxminən bir qərinəyə - 33 ilə yaxın olsa da, dövlətimiz bu kiçik zaman kəsiyində əsrlərin inkişafına bərabər möhtəşəm döyüş və bənzərsiz quruculuq  yolu keçmişdir. Erməni faşistlərini darmadağın etdiyimiz gündən üzü bəri işğaldan azad edilmiş ərazilərdə bərpa işləri bir an belə səngimir. Budur, artıq qələbəmizin özü qədər sanballı və zəruri sənəd - işğaldan azad edilmiş ərazilərə  Böyük qayıdışa dair birinci dövlət poqramı işıq üzü gördü.

Faşizmin qızdırmasında çabalayan Ermənistan hələ də məglubiyyətinin fəlsəfəsini və çökdüyü uçurumların dərinliklərini anlamır, kapitulyasiya aktını müticəsinə imzalasa da, yenə də yanlarını yerləşdirməyə "etibarlı" qucaq axtarışındadır. Biz bütün gücümüzlə gələcəyə səmtlənirik, onlar isə hələ də məğlubiyyətlərinin bataqlıqlarına çökərək mifik qələbələrinin uydurma bayraqlarını axtarırlar. Heç kim erməni xalqını almanları faşizmin caynağından alan kimi almayacaq. Ona görə də onlar hələ də onilliklər boyu faşizmin girdabında çabalamağa məhkumdurlar. Onlar güc mərkəzlərinin vassal imtiyazlarını namuslarına bələyib sürünməyi azadlıqdan üstün tuturlar. İki ildir ki, hayana süründükləri, kimlərin ayaqlarına düşdükləri və nə umduqları heç özlərinə də bəlli deyil. Amma unudurlar ki, elə onların məğlubiyyəti üz tutduğu ünvanlardadır.

Biz öz məqsədlərimizi və perspektivlərimizi aydın görən bir xalqıq. Ermənilər isə hələ də bir neçə əsr əvvəl olduğu kimi, Şərqlə Qərb arasında qoruyucu kəmər, sipər rolunu oynamaq eşqindədirlər. Dərk etmədikləri odur ki, reallıqlar fərqlidir, türk kəməri daha etibarlıdır və artıq erməni hoqqasına ehtiyac yoxdur. Bu gün dünyada yaşayan ermənilərin təxminən 5 milyonundan çoxu ABŞ, FransaRusiyada yerləşib. 30 illik "miatsum" onunla nəticələnib ki, Qafqazda  ermənilərin sayı təxminən 3 dəfə azalıb. Ermənilər bir 10 il də "böyük Ermənistan" uğrunda belə "döyüşsələr", təbii ki, Qafqazda hətta nümunə üçün erməni tapmaq asan olmayacaq. Beləliklə, "böyük Ermənistan" uğrunda gedən müharibələrin döyüş səhnələri Qafqazdan Rusiyaya, FransayaABŞ-a adlayacaq. Faşizmin xisləti belədir ki, onun əbədi düşmənləri olmalıdır və bu düşmənlə mübarizə aparmaq üçün o, nə qədər yaxında olsa, siyasi dirənmələr də bir o qədər zəngin görünəcək.

Biz fərqli xalqlar və mədəniyyətlərin sahibiyik. Azərbaycan Respublikası Prezidenti hələ  2021-ci il 2 fevral tarixində "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"i  təsdiq etmiş və digər mühüm sənədləri imzalamışdır.

Bütün qəbul edilən sənədlər, sərəncamlar və proqramlar  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərin inkişafına təkan vermək məqsədi daşıyır. Bu baxımdan dövlət başçısının yeni imzaladağı sonuncu sənəd "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin  30 ilə yaxın müddətdə Ermənistan respublikası tərəfindən işğal altında saxlanılması, işğal dövründə bu ərazilərdə bütün şəhərlərin və yaşayış məntəqələrinin, o cümlədən infrastruktur obyektlərinin, zavodların, fabriklərin, müəssisələrin, məscidlərin, müzeylərin, məktəblərin, ümumiyyətlə, bütün tikililərin dağıdılması, milli-mədəni irsimizin kökündən məhv edilməsi Azərbaycan iqtisadiyyatına milyardlarla ziyan vurmuşdur. 

Dövlət başçısının imzaladığı sərəncamda qeyd olunur ki, bu günədək həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsi, əhalinin dayanıqlı məskunlaşması, davamlı iqtisadi fəallığın əldə edilməsi istiqamətində müsbət tendensiyaların özülünü qoymağa imkan vermişdir. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə sərəncamda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilir, azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahına işlərin səmərəli icrası həvalə olunur.

Nazirlər Kabinetinə Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirmək, tədbirlərin icrası ilə bağlı ildə iki dəfə hesabatın hazırlanması tapşırılır. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il müvafiq olaraq dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər.

Proqramın özündə nəzərdə tutulan ən vacib məqamlardan biri prioritet istiqamətlərin təyin edilməsi ilə  bağlıdır. Burada Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bölgənin tarazlı və dayanıqlı inkişafına nail olunması önə çəkilir. Əsas prioritet istiqamətlərə ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsi, daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması kimi vacib işlər nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsi və müdafiəsinin, eləcə də polis nəzarətinin təşkili, ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisiinfrastrukturla təminatı önə çəkilir. Bütün yenidənqurma, bərpa və şəhərsalma işlərində  qabaqcıl urbanizasiya modellərinin tətbiqi, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək şəhərsalma prinsipləri nəzərə alınacaq.

  Dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin - səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkilinə xüsusi diqqət yetirilir. Tarixi abidələrin bərpası və qorunması işinin təşkili vacib məsələlərin sırasındadır.

Ərazilərdə məskunlaşacaq əhali üçün layiqli həyat şəraitinin təmin edilməsinə xüsusi diqqət yetiriləcək, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı, təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturunsosial xidmətlərin təmin olunması da vacib tədbirlərin sırasındadır.

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 20 noyabr.- S.13.