Möhkəm təməl üzərində qurulan əlaqələr bu günuğurla inkişaf edir

 

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Sizi Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Məmnunluqla qeyd etmək istərdim ki, Gürcüstanı və Azərbaycan Respublikasını nümunəvi dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri birləşdirir. Bu dövr ərzində ölkələrimiz bir çox mühüm sahələrdə sıx əməkdaşlığı dərinləşdiriblər. Şadam ki, möhkəm təməl üzərində qurulanxalqlar və hökumətlər arasında mövcud olan əlaqələr bu günuğurlayeni şövqlə inkişaf edir.

Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu.

Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksəksəviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq.

Zati-aliləri!

Fürsətdən istifadə edərək Sizə bir daha öz dərin ehtiramımı ifadə edir, bu əlamətdar tarixlə bağlı ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına sülhsabitlik arzulayıram.

Hörmətlə,

 

İrakli QARİBAŞVİLİ,

Gürcüstanın Baş naziri

 

Azərbaycan.- 2022.- 19 noyabr.-  S.2.