Ədalətsizlərin "ədalət axtarışı"

 

Makronsenat üzvləri "yaddan çıxarsalar" da, tarix Fransanın törətdiyi soyqırımları unutmayıb

 

Yalnız fərdlər deyil, ölkələr, dövlətlər də belədir. Başqaları haqqında söz söyləmək, fikirlərini bəyan etmək, qərar vermək üçün öncə özünə baxmalısan. Əməllərini xatırlamalısan. Bunun üçün həm bu gününü, həm də tarixini diqqətlə nəzərdən keçirməlisən. Həmin sözləri, fikirləri, rəyləri və qərarı irəli sürməyə haqqı çatıb-çatmadığını min dəfə düşünməli, götür-qoy etməlisən. Yoxsa, başqaları sənə etdiklərini xatırlatmalı olacaq. Çünki tarixin yaddaşı çox güclüdür. Heçunudulmur, səhifəsində qalır.

Fransa parlamentinin yuxarı palatası - senat bu həqiqətləri "unutdu".  Belə ki, noyabrın 15-də qəbul etdiyi bədnam qətnamə ilə öz riyakarlığını, qərəzli olduğunu yenidən nümayiş etdirdi. Bu qətnamə ilə Fransa senatı beynəlxalq hüququn norma və prinsiplərini heçə saydığını, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz mövqe tutduğunu təsdiq etdi.

Hələ 2020-ci il noyabrın 25-də senat, 2020-ci il dekabrın 3-də isə Milli Assambleya Azərbaycan Respublikasının əleyhinə qətnamə qəbul etmişdi. Görünür, düzgün və ədalətli qərar verməyə çəkinən, erməni lobbisinin dedikləri ilə oturub-duran Fransa prezidenti Emmanuel Makron maskalanmağı da yaddan çıxarmayıb. Ənənəsinə uyğun olaraq, parlament qərar qəbul etməzdən qabaq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Fransanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə "töhfə vermək istəyindən", "tərəfsiz vasitəçiliyindən" dəm vurub. Bundan sonra Azərbaycana qarşı qəbul edilmiş qətnamə Fransa prezidenti Emmanuel Makronun səmimiyyətdən, dürüstlükdən uzaq olduğunu bir daha təsdiqlədi.

Fransa dövlətinin başçısı erməni vandallarını himayə etdiyini, Azərbaycana qarşı düşmənçilik mövqeyində dayandığını dəfələrlə nümayiş etdirib. Bir müddət əvvəl paytaxt şəhərində - Parisdə Azərbaycan səfirliyinə erməni daşnaklarının hücumunun qarşısını almaq üçün heç bir tədbir görməməsi də bu münasibətin təzahürü idi.

Noyabrın 15-də qəbul etdiyi qərarla Fransa senatı beynəlxalq normalara hörmət etmədiyini açıq şəkildə göstərdi. 1993-cü il dekabrın 20-də iki dövlət - Azərbaycan və Fransa arasında imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə"yə tamamilə zidd olan qərar verdi. Fransa dövləti üzərinə götürdüyü öhdəliklərə əməl etmədi. Bununla, ilk növbədə, Fransa dövlətinin nüfuzuna zərbə vuruldu. Ona görə ki, dövlətin adından imzalanan sənədə əhəmiyyət verməmək ona qarşı etimadsızlıq yaradır.

İkincisi, görünən odur ki, prezident Emmanuel Makronunsenat üzvlərinin Fransa tarixini yenidən oxumağa böyük ehtiyacları var. O zaman xatırlayarlar ki, Fransa öz əməlləri ilə dəstək verdiyi işğalçı, terrorçu Ermənistandan  heçgeri qalmayıb.

Belə ki, dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək əhalisini uzun illər əsarətdə saxlayan, sərvətlərini talayan Fransa olub. Torpaqlarını zəbt etdiyi ölkələrdə tarix boyu unudulmayacaq, hər zaman heyrət və nifrətlə anılacaq qəddarlıqlar, vəhşiliklər törədib. Fransa silahlı qüvvələri müstəmləkə illərində yüz minlərlə günahsız, dinc sakini yalnız etnikdini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirib, soyqırımı həyata keçirib. Bu dəhşətli əməlləri, soyqırımı cinayətləri Fransa siyasi tarixinin heç zaman silinməsi mümkün olmayan qara ləkələridir.

Prezident Emmanuel Makronsenat üzvləri öz tarixlərinə nəzər salsalar, yadlarına düşər ki, 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və həmin ölkənin "1,5 milyon şəhid ölkəsi" adlandırılmasına bais olan Fransadır.

1832-ci ildə Əlcəzairin Fransa tərəfindən işğalına etiraz edən El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. 12 min insan qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli qanına qəltan edilib, 5000-ə yaxın adam həbs olunub, həmçinin 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib. Prezident Emmanuel Makronsenat üzvləri özlərini unutmuş kimi göstərə bilərlər, ancaq tarix bu dəhşətli fakları, eləcə də 1961-ci ilin oktyabrında Parisdə törədilmiş "Sena qətliamı"nı özündə saxlayır. O vaxt on minlərlə əlcəzairli Fransa işğalına etiraz etmək üçün nümayişə çıxmışdı. Fransa polisinin açdığı atəş, həmçinin etirazçıları Sena çayına atmaları nəticəsində 1500-dək əlcəzairli həlak olub. Etirazçılardan mindən çoxu isə həbs olunub. Belə faktlar çoxdur.  

Paytaxt şəhərindəki "İnsan muzeyi"ndə müstəmləkə müharibələrində qətlə yetirilən döyüşçülərin kəllə sümükləri saxlanılan Fransanın humanist dövlət kimi görünmək cəhdləri də uğursuzdur.

Tarixi qan-qada ilə, qətliamlar, soyqırımları ilə dolu olan, müstəmləkəçi siyasətindən əl çəkməyən Fransanın Azərbaycanın əzəli əraziləri olan Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələbi, şərə, böhtana xidmət etmək üçün qətnamə qəbul etməsi özü ən böyük haqsızlıq, ədalətsizlikdir. Bu qətnamə də Fransanın tarixinə qara ləkə kimi yazıldı. Bəli, tarix heç nəyin yaddan çıxmasına imkan vermir. Makron da, senat üzvləri də bunu unutmamalıdırlar.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2022.- 19 noyabr.- S.6.