Ermənistan regional layihələrdən niyə kənarda qalır

 

Qonşu ölkə tarixi saxtalaşdırır, özgə ərazisinə işğalçı gözü ilə baxır, sözünə sahib çıxmır

 

Ermənistan son onilliklər regionda həyata keçirilən qlobal layihələrin heç birinin iştirakçısı deyil. Öz xislətinə görə bu layihələrin hamısından qıraqda qalıb. Neft, qaz ixracı marşrutları, dəmiryolu xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə özünü çıxdaş bir ölkəyə çevirib.

Azərbaycan həmin dövrdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib bu istiqamətdə işləri uğurla davam etdirir. Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salınıb. Ardınca XXI əsrin əvvəlində üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri çəkilib. Azərbaycanın, Gürcüstanın Türkiyənin ərazisində 1768 kilometr məsafə boyu uzanan bu kəmər Xəzərin ölkəmizə məxsus sektorundan çıxarılan nefti dünya bazarlarına çatdırır.

BTC bütün regiona xeyir-bərəkət gətirən kəmərdir belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm əhalisinin güzəranına böyük zərbədir. Ermənistan eləcə Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsindən kənarda qalıb. Təbii ki, bundan sonra çəkilən müxtəlif təyinatlı xətlər Ermənistandan keçməyib. Azərbaycan qonşu Gürcüstan Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunu çəkib. "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır. Belə misallar çoxdur.

Ermənistan isə bütün bu nəhəng işlərə kənardan, düşdüyü iqtisadi dalandan seyrçi kimi baxır. Səbəb aydındır. Bir daha vurğulayaq ki, Azərbaycan mükəmməl beynəlxalq əməkdaşlıq tərəfdaşlıq platforması yaradıb. Ölkəmiz bir çox qlobal layihələrin təşəbbüsçüsüdür onları həmin əməkdaşlıq tərəfdaşlıq şəraitində uğurla həyata keçirir. Ermənistan isə özünün saysız-hesabsız səhvləri günahları ucbatından bu platformadan uzaqda qalıb. Prezident İlham Əliyevin dediyi kimi: "Biz qonşularla dostluq, əməkdaşlıq, səmimiyyət əsasında münasibətləri qurmuşuq məhz buna görə bu layihələrə nail olmuşuq. Ermənistan isə əsrlərboyu qonşulara xor gözlə baxır, qonşulardan nəsə qoparmaq istəyir, onların torpağına iddia edir, tarixi saxtalaşdırır özününküləşdirməyə cəhd edir. Fərq bundan ibarətdir".

Dövlətimizin başçısı hələ Vətən müharibəsindən əvvəl o ölkənin layihələrdən kənarda qalması barədə bunları da demişdir: "Ermənistanı bu enerji nəqliyyat layihələrindən biz təcrid etmişik bunu heç vaxt gizlətməmişik. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz Ermənistanı regionda bizim iştirakımızla reallaşdırılan bütün önəmli layihələrdən təcrid edəcəyik biz buna nail olduq, həmişə olduğu kimi, sözümüzə sadiq qaldıq. Ermənistan bu gün bizim səylərimiz nəticəsində siyasi, iqtisadi, investisiya, enerji nəqliyyat dalanıdır. Torpaqlarımızdan çıxmayana qədər bu vəziyyət belə olacaq. Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəsə, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır getdikcə bu fərq daha da böyüyəcək".

Bu fərq özünü onda daha aydın göstərdi ki, ermənilər zəbt etdikləri torpaqlarımıza yiyələnə bilmədilər. Bu il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında dediyi kimi: "Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar texnika ilə təchiz etməli idik. Bunun üçün güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq yaxşı da qururuq".

İndi dünyanın müxtəlif yerlərində gedən iqtisadi proseslər, çətinliklər, böhranlar Azərbaycan iqtisadiyyatının dayanıqlı olduğunu göstərir. Biz güclü iqtisadiyyat yaratmışıq iqtisadi asılılığı tamamilə aradan qaldırmışıq. Əgər kimdənsə iqtisadi cəhətdən asılı olsaydıq, zəfər çala bilməzdik. Yəni qalib gəlmək üçün önəmli layihələr icra etmişik. Bu gün dünyanın bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs təşəbbüsümüzlə icra edilən layihələrin həm ölkəmizə, həm tərəfdaşlarımıza qədər böyük fayda gətirdiyini görsün. Bu nəqliyyat enerji layihələrində iştirak edən ölkələrin, dostlarımızın, müttəfiqlərimizin sayı onlarladır. İndiki mərhələdə bu işlər daha geniş vüsət alacaq.

Öz gücümüzlə, müzəffər sərkərdəmizin iradəsi zəkası ilə, igidlərimizin qanı-canı bahasına artıq mənfur işğalçını torpağımızdan qovmuşuq. Şanlı qələbə qazanmışıq. İndi dövlətimiz, Prezidentimiz böyük humanizm göstərərək erməniləri regionda həyata keçirməyə başladığımız layihələrdə iştirak etməyə çağırır. Lakin ermənilərin xisləti bu mərhələdə özünü aydın nümayiş etdirir. Çünki onlar sülh adamı deyil, qurub-yaratmağa maraqları yoxdur, işləri-peşələri dava-dalaşdır. Kapitulyasiya etdiklərinə, üzərlərinə öhdəlik götürdüklərinə baxmayaraq verdikləri sözdən qaçmaq istəyirlər.

Prezidentimiz Şuşada noyabrın 8-də bu barədə demişdir: "Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa əks istiqamətə gedən maşınlara toxunmuruq. Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, texniki-iqtisadi əsaslandırma var, hansısa hərəkət var, dəmir yolu, avtomobil yolu. Biz vaxta qədər gözləməliyik? Bir sözlə, müharibədən keçən iki il ərzində biz öz siyasətimizi davam etdirmişik. Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq quracağıq. Eyni zamanda ordumuzu gücləndiririk gücləndirəcəyik".

Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistan yaxşı qonşu olmağı bacarmır bunu istəmir. Buna görə Prezident İlham Əliyev deyir ki, Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir: "Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə Azərbaycan Ordusunu görəcək".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-22 noyabr.- S.8.