Aşkarlanmış minalarla bağlı sülhməramlılar və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb

 

Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Həmçinin mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində Ermənistanda istehsal edilmiş piyada əleyhinə mina sahəsi aşkarlanıb.

 

Azərbaycan.- 2022.- 23 noyabr.- S.2.