AŞPA-nın Hüquq Məsələləri İnsan Hüquqları Komitəsinin nümayəndələri Milli Məclisdə olublar

 

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ilə AŞPA-nın Hüquq Məsələləri İnsan Hüquqları Komitəsinin üzvü Konstantinos Efstatiu arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, insan hüquqları komitəsinin sədri Zahid Oruc qonaqları salamlayaraq, onlara son illərdə komitə tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, insan hüquqları həm qanunvericilik siyasətində, həm hüquq prosesində, həm dövlət idarəçiliyində mühüm yer tutur.

Komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan daha geniş beynəlxalq əlaqələrin qurulmasında maraqlıdır. Azad olunmuş torpaqlara Böyük Qayıdış, insanların hüquqları azadlıqları ilə bağlı mühüm məsələlər daim diqqətdə saxlanılır.

“Media haqqındaSiyasi partiyalar haqqındaqanunlardan söz açan Zahid Oruc bu sənədlərin hazırlanması prosesindən bəhs edib. Bildirib ki, “Media haqqındaQanun qəbul edilməmişdən əvvəl ölkəmizdəki media orqanlarının təmsilçilərinin iştirakı ilə geniş müzakirə edilib.Siyasi partiyalar haqqındaqanun layihəsi isə 1966-cı il Mülki Siyasi Hüquqlar Haqqında Pakta, 2000-ci il Avropa Şurasının İnsan Haqları Konvensiyasına, Kopenhagen Sammitində Qəbul edilmiş Deklarasiyaya, Venesiya Komissiyasının 2010-2020-ci il Konvensiyasına, Avropa İnsan Hüquqları Məhkəməsinin onlarla qərarlarındakı direktivlərə söykənərək hazırlanıb. Bunun nəticəsində mükəmməl, təkmil bir layihə formalaşıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycanın qanunvericilik prosesində AŞPA-nın sənədlərini nəzərə aldığını söyləyib. O, 30 il müddətində davam edən Ermənistan-Azərbaycan münaqişəsi zamanı ölkəmizə qarşı ayrı-seçkilik, ikili standartların müşahidə edildiyini təəssüf hissi ilə bildirib.

Milli Məclisin deputatı Tahir Kərimli bildirib ki, Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin bütün qərarları nəzərə alınır. O, həmçinin diqqətə çatdırıb ki, Avropa Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən pozulan hüquqlarına qarşı biganə münasibət bəsləyir. Eyni zamanda, Fransa Senatının Azərbaycana qarşı qərəzli qətnaməsi qəbuledilməzdir.

AŞPA-nın Hüquq məsələləri insan hüquqları komitəsinin üzvü Konstantinos Efstatiu bildirib ki, insan hüquqlarına hörmət bəslənməsi cəmiyyətin əsasını təşkil edən məsələdir. Qeyd edib ki, bütün Avropada qanunverici orqanlar həm qanunların qəbul olunması, eyni zamanda, onların icrasına nəzarət nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb edirlər.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Qonaqların sualları Milli Məclisin deputatları tərəfindən cavablandırılıb.

Görüşdə AŞPA-nın Hüquq Məsələləri İnsan Hüquqları Komitəsinin əməkdaşı Elinor Huriqan Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

 

Azərbaycan.- 2022.- 23 noyabr.- S.5.