İilham Əliyev Avropada ən populyar şəxsdir

 

"Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm, oedib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".

Aleksandar VUÇIÇ, Serbiya Prezidenti

1 oktyabr 2022-ci il, Sofiya

 

"Prezident Əliyev etibarlı tərəfdaşdır. Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Prezident İlham Əliyevi sevirlər sevdiklərinə görə ona zəng vururlar. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum Serbiyanın böyük dostu necə uğur qazanıb dəyişməyib. Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik".

Aleksandar VUÇIÇ, Serbiya Prezidenti

23 noyabr 2022-ci il, Belqrad

 

Avropa liderlərinin təmsil olunduğu məclisdə, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevə xitabən səsləndirdiyi məlum etiraf böyük əks-səda doğurdu. Bu, İlham Əliyevin qlobal liderliyinin Serbiya Prezidentnin timsalında məhz Avropa məkanında növbəti etirafı idi.

Dünən isə İlham Əliyev onun liderliyinə həsəd aparan nüfuzunu yüksək qiymətləndirən Prezidenti onun dövlətini ziyarət etdi.

Bu dəfə Serbiya Prezidenti azərbaycanlı həmkarının beynəlxalq miqyasda nüfuzunu, imicini çox yüksək qiymətləndirərək İlham Əliyevi sevilən, qəbul olunan lider kimi təqdim etdi.

 

25 illik uğurlu diplomatik münasibətlər

 

Azərbaycan-Serbiya münasibətləri son illərdə yüksələn xətlə inkişaf etməkdədir. 1997-ci il avqustun 21-də qurulan diplomatik münasibətlər ötən 25 ildə daha da şaxələndirilib. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda, 2011-ci il iyunun 8-də isə Azərbaycanın bu ölkədə səfirliyi açılıb. 

2010-cu ilin mayında Serbiyanın sabiq Prezidenti Boris Tadiçin Azərbaycana ilk rəsmi səfəri baş tutdu ki, bu da yüksək səviyyədə intensiv dialoqun dövlət başçıları arasında xüsusi münasibətlərin başlanğıcı oldu, altı ikitərəfli sənəd imzalandı.

Ölkələr arasında kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial var. Həmçinin siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanmışdı. İlham Əliyevin bu ölkəyə dünənki rəsmi səfəri çərçivəsində imzalanan daha 8 sənədlə onların sayı 52-yə çatdı. 

Bu sənədlər arasında 2013-cü ildə imzalanmış "Dostluq münasibətləri strateji tərəfdaşlıq haqqında Bəyannamə" 2018-ci ildə imzalanmış "Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" xüsusi əhəmiyyət daşıyırdı.

Dünən dövlət başçıları vacib sənədlərə imza atdılar. Bunların sırasında "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" onun əlavəsi olan "Azərbaycan Respublikası Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" mühüm sənədlərdir.

Bu sənədlərin əhəmiyyətini dəyərləndirərkən İlham Əliyev dedi ki, imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur: "Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik bizim əməkdaşlığımızın strateji hədəfləri var".

Azərbaycan ilə Serbiya arasında siyasi dialoq, humanitar əməkdaşlıq daim yüksək səviyyədə olub. Hələ 2011-ci il iyunun 8-9-da Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin büstünün açılışlarında iştirak etmişdi.

 

"Dostluğumuz əbədi olacaq"

 

Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Aleksandar Vuçiçin Serbiya Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-də reallaşıb.

Dünən isə İlham Əliyev serbiyalı həmkarını bir daha Azərbaycana səfərə dəvət etdi: "Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər ondan sonra, əlbəttə, mən yenidən gələcəyəm. Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq".

Səfər zamanı dövlət başçıları çox mühüm məsələlər ətrafında müzakirələr apardılar, bəzi beynəlxalq proseslərə toxundular. Eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.

İlham Əliyev bəyan etdi ki, iki ölkə arasında təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var: "Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə biz dost olan ölkələrlə bu sahədə bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik".

Prezident həmçinin hərbi-texniki sahədə əməkdaşlığın aparıldığını bu əlaqələrin daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımların atılacağını vurğuladı.

Azərbaycan Prezidentinin Serbiyaya səfəri, aparılan danışıqlar, imzalanan sənədlər onu deməyə əsas verir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq güclənəcək müxtəlif sahələr üzrə əməkdaşlıq bundan sonra daha da şaxələnəcək. 

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2022.- 24 noyabr.- S.1; 4.