İlham Əliyev Azərbaycana regional və beynəlxalq üstünlüklər qazandırıb

 

 

İran Ermənistan heç bir əngəl yarada bilməz

 

 

 

Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində formalaşan yeni inkişaf modeli Azərbaycanı beynəlxalq aləmdə güclü nümunəvi dövlət kimi tanıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə nail olunub, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə, eləcə Avropanın enerji təminatçısına çevrilib.

 

 

 

Zəfərimiz iqtisadi əməkdaşlıq imkanlarını artırıb

 

 

 

Bu barədə danışan Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib ki, son illərdə regional, o cümlədən şərq-qərb, şimal-cənub istiqamətli əməkdaşlıq əlaqələrinin inkişafında ölkəmizin rolu əvəzedilməzdir: "Vətən müharibəsində qazanılmış zəfər yeni dövrdə iqtisadi əməkdaşlıq potensialının daha da gücləndirilməsinə yol açıb. Bu gün Çindən başlayan yol məhz Azərbaycan vasitəsilə Qərbə doğru uzanır. Azərbaycanın yeni geosiyasi nizamda tutduğu bu yer düzgün siyasi kursa əsaslanır. Prezident İlham Əliyevin uğurlu daxili xarici siyasət kursu ölkəmizin beynəlxalq arenadakı cari regional lider rolunu yerini müəyyənləşdirib".

Ə.Kazımova qeyd edib ki, Azərbaycanın Avropanın enerji təminatında iştirakı ilə bağlı çoxvektorlu siyasət yürütməsi böyük uğurlarla müşahidə olunur. O bildirib ki, bu gün Azərbaycan Avropanın enerji təminatında mühüm mərkəz qismində iştirak edir.

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri təxminən iki il əvvəl tamamlanıb. Bununla belə tələbat gündən-günə artır. Cənab Prezident öz çıxışında vurğuladı ki, artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük: "Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Azərbaycan özünün enerji siyasətini şaxələndirməklə mühüm üstünlüklər əldə edir. Bu ilin iyul ayında Azərbaycan Avropa Komissiyası ilə enerji təchizatını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb. Azərbaycanın enerji potensialı da kifayət qədər zəngindir. Qarşıdakı illərdə istismara verilməsi planlaşdırılan yeni qaz yataqlarımız mövcuddur", - deyə partiya sədri bildirib.

 

 

 

Regionun nəqliyyat-infrastruktur layihələrinə maneə yaradıla bilməz

 

 

 

Partiya sədri qeyd edib ki, qlobal layihələrin reallaşması üçün ilkin növbədə daxili sabitlik olmalıdır. Onun dediyinə görə, Orta dəhlizin tam istismara verilməsinə nail olmaq üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir: "Prezident İlham Əliyev "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında da bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: "Azərbaycanda uzun illərdir ki, sabitlik varbu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb".

Ə.Kazımovanın sözlərinə görə, daxili iqtisadi mühitin inkişafı istiqamətində atılan addımlar yeni dövrdə Azərbaycana mühüm üstünlüklər qazandırıb: "İllərdir ki, yeni infrastrukturların qurulması istiqamətində əsaslı işlər görülür. Cənab Prezident bildirib ki, Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Bu kimi amillər ölkəmizin geosiyasigeoiqtisadi əməkdaşlıq platformasındakı fəaliyyətinə mühüm üstünlüklər qazandırır".

Partiya sədri deyib ki, "Şimal-Cənub" dəhlizi kimi, digər nəqliyyat layihələri də "Şərq-Qərb" dəhlizinə əsaslı dəstək və uğur qazandıracaq: "Azərbaycanın hər iki dəhlizin iştirakçısı olmasının səbəbləri isə ölkəmizin  bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturunun hazır olmasından irəli gəlir. Ölkəmizdə ən müasir nəqliyyat-kommunikasiya sistemləri inşa edilir. Yeni iqtisadi nizamda özünəməxsus yer tutan Azərbaycan yükləri öz ərazisindən operativ nəql etmək potensialına malikdir. Təbii ki, bunun üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Bakıda gəmi infrastrukturuyeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır".

Ə.Kazımova onu da qeyd edib ki, ölkəmiz "Şərq-Qərb", "Şimal-Cənub" dəhlizləri, dəmir yoluya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı vasitəsilə imkanlarını daha da genişləndirib: "Dəhliz marşrutunun iştirakçısı olan ölkələrin hər birinin belə hazırlıqlı olması  mühüm şərtdir. Təbii ki, burada təhlükəsizlik amilivacib elementlərdən biri kimi çıxış edir. Bəzi region ölkələrinin, məsələn, İranın və ya Ermənistanın bu prosesə mane olmaq cəhdləri heç bir işə yaramayacaq. Dövlət başçısı da bildirib ki, İranya Ermənistan regionun nəqliyyat-infrastruktur layihələrinə əngəl törədə bilməz. Ermənistan regionda faktiki olaraq dalana dirənmiş ölkədir. Ermənistandan heç bir nəqliyyat marşrutu keçmir. Onların nəqliyyat şəbəkəsi köhnəlib və onlara məxsus deyil. İran isə özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, çünki bu layihələr heç kimin əleyhinə deyil, hamının xeyrinədir. Odur ki, Azərbaycanın regionda yaratdığı yeni əməkdaşlıq platforması iqtisadi imkanların genişlənməsinə əsaslı zəmin yaradıb".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 30 noyabr.- S.5.