Cenevrədə mina probleminə dair tədbir olub

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Azad edilmiş ərazilərin bərpa yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində keçirilən "Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılması, istehsalı daşınmasının qadağan edilməsi onların məhv edilməsi üzrə Konvensiya"nın iyirminci görüşündə iştirak edib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə nümayəndə heyəti çıxış edərək Azərbaycanın mövqeyini təqdim edib, ölkəmizin üzləşdiyi mina problemi, hökumətin apardığı genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün bərpa yenidənqurma işləri barədə məlumat verib, aparılan minatəmizləmə əməliyyatlarının dayanıqlı inkişafa xidmət etdiyini vurğulayıb.

Həmçinin hər bir minanın regionda sülhə əmin-amanlığa maneə yaratdığı onları aradan qaldırmaqla regionda sabitliyi təhlükəsizliyi təmin etməyin vacibliyi qeyd edilib.

Səfər çərçivəsində ölkəmizin üzləşdiyi mina probleminə həsr olunan "Humanitar Minatəmizləmə işlərinin çətinlikləri birgə həll yollarına aparan tərəfdaşlıq" mövzusunda yan tədbiri keçirilib. Otuzdan çox nümayəndənin iştirak etdiyi tədbirin başlıca məqsədi Azərbaycanda mövcud mina probleminin mahiyyətini daha təfərrüatlı şəkildə geniş ictimaiyyətə çatdırmaq mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsindən ibarətdir.

İşğaldan azad edilmiş ərazilərdə kütləvi şəkildə minalanma, çirklənmə miqyası, humanitar minatəmizləmə əməliyyatları zamanı qarşılaşdığımız çətinlikləri, tətbiq olunan metodologiyaları, cəlb olunan qurumlar tərəfindən minatəmizləmə fəaliyyətini əks etdirən presentasiyavideoçarx təqdim edilib. İnnovativ həllərin inkişafı üçün milli imkanların gücləndirilməsində tərəfdaşlıqların rolu, minatəmizləmə fəaliyyəti istiqamətində beynəlxalq resursların cəlb olunmasının önəmi və dəstəyin əhəmiyyəti vurğulanıb.

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.3.