Xalid Teymur Əkrəm: Ağdama hər səfərimdə erməni vandallığından dəhşətə gəlirəm

 

Bu mənim Ağdama ikinci səfərimdir. Hər iki gəlişimdə erməni vandallığını görərək dəhşətə gəlmişəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Pakistanın QlobalStrateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib. O bildirib ki, Azərbaycan azad edilmiş torpaqlarda çox sürətlə bərpa işləri həyata keçirir: “Burada bərpa işləri sürətlə davam edir. Pakistan Azərbaycanın hər zaman haqlı mövqeyini dəstəkləyib və Ermənistanı dövlət kimi tanımayıb. Mən ümid edirəm ki, ölkənizin yenidənqurma işləri tezliklə yekunlaşacaqregionda sülh tezliklə bərqərar olacaq”.

 

Azərbaycan.- 2022.- 27 noyabr.- S.5.