Azərbaycan Prezidenti İlham Əliyev Avropa
İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi
Toivo Klaarı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, görüşdə Ermənistanla
Azərbaycan arasında
münasibətlərin normallaşdırılması,
iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar
prosesi, sərhədlərin
delimitasiyası üzrə
Brüsseldə keçirilmiş
görüşün nəticələri
barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2022.- 26 noyabr.- S.7.