Paşinyan sülh danışıqlarını pozur

 

Ermənistanın Makronun Brüssel görüşündə iştirakını tələb etməsi sülh danışıqlarına növbəti zərbədir

 

 Dekabrın 7-də Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında nəzərdə tutulan görüş keçirilməyəcək. Bunun səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın  həmin görüşə yalnız Fransa Prezidenti Emmanuel Makronun da iştirak edəcəyi təqdirdə razılıq verəcəyi ilə bağlı açıqlaması olub.

Prezident İlham Əliyev Paşinyanın danışıqları pozmağa cəhd edən bu açıqlamasına cavab olaraq bildirib ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz: "Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaqbiz digər alternativləri nəzərdən keçirəcəyik".

 

Etimadı itirmiş Fransa vasitəçi ola bilməz

 

Görünür, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əlini üzən Paşinyanın çarəsi yalnız Makrona qalıb. Ermənistan bölgədə sülh əmin-amanlığın bərpasında maraqlı olmadığına görə, görüşdə vasitəçi kimi yalnız Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə razılaşmır. Şarl Mişelin tərəfsiz vasitəçiliyi bölgədə sülh şəraitinin formalaşmasına töhfə cəhdləri rəsmi İrəvanı qane etmir. Azərbaycan dövləti isə daim ermənipərəst mövqe sərgiləyən, saxta ittihamları ilə ölkəmizi təhdid etməyə cəhd göstərən Fransanın sülh danışıqlarında iştirakını haqlı olaraq qəbul etmir.

Fransa Parlamentinin hər iki palatasının Azərbaycan əleyhinə indiyədək qəbul etdiyi qətnamələrdən sonra bu ölkə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində vasitəçi ola bilməz. Milli Məclisin bununla bağlı yaydığı bəyanatda da qeyd edilib ki, Fransa Senatının Milli Assambleyasının destruktiv təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Nəzərə almaq lazımdır ki, Fransa Cənubi Qafqaz regionunun, eləcə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, "dəmir yumruq" əməliyyatı nəticəsində artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəbkarlarından olub. Danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransa bu illər ərzində Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışıb. Ona görə Azərbaycan Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə indiyədək keçirilmiş görüşlərin heç birində iştirak etməyən Makronun növbəti görüşə qatılmasını qəbul etmir bunu sülh danışıqlarını pozmaq cəhdi kimi dəyərləndirir.

 

Prezident İlham Əliyev dövlətimizin qətiyyətli mövqeyini bir daha bəyan edib

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalamamaq üçün əlindən gələni edir: "Onun bu məsələdə əsas arxa-dayağı pərəstişkarı olan Fransadır. Ermənistan iki ildir ki, sülh müqaviləsini imzalamamaq üçün müxtəlif yollar axtarırdı. Nəhayət, Praqada baş tutan görüşdə Paşinyan üçün ümid yarandı. Həmin görüşdə Makron da iştirak edirdi görüşün nəticəsində Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlinmişdi. Azərbaycan tərəfi isə, əlbəttə ki, bununla razılaşmadı, sadəcə olaraq lazım bilinən çərçivədə əməkdaşlığa hazır olduğunu bildirdi. Aydındır ki, Avropa İttifaqının müşahidə missiyasının regiona göndərilməsi, əslində, münaqişənin tənzimlənməsi prosesini sürətləndirmək yüngülləşdirmək istiqamətində atılmış addım deyildi. Bu, daha çox geosiyasi qarşıdurma elementi kimi qiymətləndirilə bilər. Paşinyanın məqsədi belə vəziyyət yaradaraq yekun sülh sazişini imzalamağa mane olmaq idi. Yəni Fransanın Praqadakı görüşdə iştirakı rəsmi İrəvanı qane etmişdi".

Deputat bildirib ki, Fransa separatizmə dəstək verir, qeyri-obyektiv olaraq Ermənistanı dəstəkləyir ölkəmizin ərazisində talançılığa aşkar şəkildə rəvac verməyə çalışır: "Bunun əksinə olaraq, əvvəlki Brüssel görüşlərində Azərbaycanın haqlı maraqlarının müdafiə olunması ölkəmizin başlatmış olduğu sülh gündəliyi istiqamətində işlərin icrası Ermənistanı qorxudur. Makronun görüşlərdə iştirakı Ermənistana dəstək elementi yaradır. Ona görə Paşinyan Fransanın iştirakında israrlıdır. Azərbaycan isə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürən, senatında qərəzli qətnamələr qəbul edən Fransanın prezidentinin görüşdə iştirakını məqbul saymır. Cənab Prezident bu məsələ ilə bağlı mövqeyini dəfələrlə bəyan edib. Azərbaycan yalnız ədalətli sülhün formalaşacağı prosesləri dəstəkləyir. Biz bunun əksinə olan bütün amillərin əleyhinəyik. Prezident İlham Əliyev sonuncu çıxışında da dövlətimizin mövqeyini kəsərli qətiyyətli şəkildə bir daha bildirib".

 

Paşinyana Avropa İttifaqının obyektiv yanaşması deyil, Fransanın ermənipərəst mövqeyi sərf edir

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Ermənistanın bu gün belə absurd tələb irəli sürməsi qəbuledilməzdir: "Azərbaycan görüşlərdə hər zaman konstruktiv mövqe nümayiş etdirib. İndiyədək Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə bir neçə görüş keçirilib, sülh danışıqları artıq baş tutub uğurla nəticələnib. Həmin görüşlərdə müəyyən məsələlər barədə ciddi razılığa gəlinib. Yəni uğurla davam etdirilən görüşlər üçün hansısa şərt qoymaq nəyə lazımdır?! Deməli, Ermənistan bir daha sübut edir ki, bölgədə gərginliyin davam etməsində sülh vəziyyətinin formalaşmamasında maraqlıdır. Bu mənada, Ermənistana Avropa İttifaqının obyektiv yanaşması deyil, Fransanın, şəxsən Prezident Emmanuel Makronun ermənipərəst  mövqeyi sərf edir".

Deputatın sözlərinə görə, Fransa davamlı olaraq ölkəmiz əleyhinə təbliğat aparır, Ermənistanın reklam kampaniyasına uyur: "Ermənistanın böyük bacısı bədnam qətnamələr qəbul etməklə, ölkəmiz əleyhinə saxta ittihamlar səsləndirməklə sülh danışıqlarına qatıla bilməz. Bu ölkənin tərəfkeşliyi qərəzi açıq-aşkar ortadadır. Belə olan halda, Azərbaycanın Fransanın guya "sülh vasitəçisi" qismində qatılacağı görüşdə iştirak edə bilməz. Ermənistan ağlını başına yığmalı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Cənab Prezident görüşdə iştirak etməyəcəyinin səbəblərini açıq-aydın deyib. Azərbaycan sülh danışıqlarına əngəl yaratmaq niyyətində olan Ermənistanın havadarını vasitəçi qismində qəbul etmir".

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 26 noyabr.- S.11.