İlham Əliyevin sərkərdəliyi və rəhbərliyi ilə "ruhlar şəhəri" dünya şəhərinə çevrilir

"Mina əkinləri"ndən dirçələn Ağdam

 

 

Birinci Qarabağ müharibəsi dövründə Ağdam Qarabağın qeyri-rəsmi mərkəzi sayılırdı.

Rayonda kənd təsərrüfatının bütün sahələri yüksək səviyyədə inkişaf etmişdi: torpağı münbit olduğundan hər il bol məhsul götürülürdü.

Sənaye sahələri də vardı.

Əhali zəhmətə qatlaşaraq yaxşı işlədiyindən yaxşı da qazanırdı.

Ulu Öndər Heydər Əliyevin o dövrdə ölkə vətəndaşlarına yaratdığı əlverişli şəraitdən ağdamlılar da gen-bol bəhrələnirdilər.

Kənddə yaşayanların demək olar ki, hamısı özünə ağ mişar daşından fərdi mənzil tikmişdi, evində "xarici mebel", həyətində minik maşını, rahat dolanışığı vardı.

Rayon mərkəzində isə fərdi evlərlə yanaşı, çoxsaylı, çoxmərtəbəli binalarda şəhərdəkilər firavan yaşayırdılar.

Ermənilər qudurub cızıqlarından çıxaraq Azərbaycana qarşı ərazi iddialarına başlayanda buna ən çox təəccüblənən bəlkə də ağdamlılar oldu!

Çünki erməni həmişə ağdamlının qapısında fəhlə işləmiş, hündürdən danışmağa cürəti çatmamış, "baş üstə"dən başqa ayrı sözü olmamışdı.

 

I Qarabağ müharibəsinin əsas ağırlığı da Ağdamın üzərinə düşdü:

 

* ilkşəhidiAğdamverdi;

 

* ilközünümüdafiə dəstələriAğdamdayarandı;

 

* Qarabağ ərazisindəkiazərbaycanlı kəndlərinə bütünyardımlarAğdamagətirilir, buradanbələdçilərinvə mühafizəçilərinköməyiilə yerlərə çatdırılırdı;

 

* ermənilərtərəfindənkəndlərindənqovulanazərbaycanlılarAğdamapənahgətirirdilər;

 

* yaralılarvə şəhidlərAğdamxəstəxanasınavə Cümə məscidinə gətirilərəkyerbəyeredilirdi;

 

* münaqişəniyolunaqoymaqüçünBakıdangələndövlətadamları Ağdamınqonaqevində qalırdılar;

 

* bumaharibədə ermənilərə ənağırzərbənidə Ağdamvurdu!

 

Düşmən bütün bunları yaxşı bilirdi, odur ki, xüsusi haqq-hesab çəkməyə hazırlaşırdı.

 

Laçın və Şuşanı ələ keçirdikdən sonra əsas hədəfi Ağdamı almaq idi.

 

Çünki bundan sonra digər rayonların işğalı bir o qədər də çətinlik törətməyəcəkdi.

 

Ayaz Mütəllibovun ölkəyə qorxaq və qətiyyətsiz rəhbərliyi, parlament çevrilişi yolu ilə iqtidara gələn AXC-Müsavat cütlüyünün naşılığı və səriştəsizliyi, yalnız cibinin hayına qalması, xəyanətkar "ortabab riyaziyyat müəllimi"nə ölkənin müdafiəsini etibar etməsi, idarəetməni itirərək Azərbaycanı xaos və özbaşınalığa sürükləməsi, ən nəhayət, vətəndaş müharibəsinin astanasına gətirməsi ermənilərin öz planlarını gerçəkləşdirməsinə şərait yaratdı.

 

Ermənilər bütün kin və nifrətlərini Ağdama püskürdülər.

 

Gözlərinə nə göründüsə, hamısını yerləyeksan etdilər!

 

Evləri, sənaye müəssisələrini, yolları, körpüləri, muzey və məktəbləri, mədəniyyət ocaqları və ictimai binaları, hətta qəbiristanlıqları da dağıtdılar!

 

Bu sahədə "dostları və yaxınları" onlara fəal kömək göstərdilər.

 

Beləliklə, Azərbaycanın ən varlı və inkişaf etmiş rayonlarından birinin bütün yaşayış məntəqələrini barbarcasına yox edərək, Ağdamı "ruhlar şəhəri"nə çevirdilər!

 

***

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın da qisasını murdar düşməndən yetərincə aldı!

 

Düşmən otuz il ərzində dostlarının yardımı ilə on qat müdafiə xətti olan Ağdamı, habelə Laçın və Kəlbəcəri bir güllə atmadan geri qaytarmağa məcbur oldu!

 

Ancaq, necə deyərlər, olan olmuşdu!

 

Qarabağı cənnətə çevirməyi qarşıya məqsəd qoyan Prezident İlham Əliyev hərbi əməliyyatlardan dərhal sonra quruculuq işlərinə start verdi.

 

İlk olaraq Ağdam şəhərinin baş planı hazırlanaraq 28 may 2021-ci ildə təsdiq olundu və icrasına başlanıldı.

 

***

 

Artıq cənab İlham Əliyev dörd dəfə Ağdama səfər edib və otuzadək layihənin reallaşmasının təməlini qoyub.

 

Sonuncu səfər də fərəhli və yaddaqalan oldu!

 

 

 

DÜNYADA YAXŞI NƏ VARSA, HAMISINDAN AĞDAMDA DA OLMALIDIR

 

 

 

İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir.

 

Şəhərlərin baş planları, hər bir layihə ilə bağlı Prezidentin rəy, tapşırıq və tövsiyələri olur və onlar hökmən nəzərə alınır.

 

Ağdam şəhəri ilə bağlı cənab İlham Əliyevin belə bir tapşırığı olmuşdu: dünyanın harasında, hansı şəhərdə yeni, maraqlı, gözəl nə varsa, ondan Ağdamda da olmalıdır!

 

Bu tələbə dönmədən əməl olunur!

 

Ağdam uzaqdan baxan düşmənin gözünə bir ox kimi batan yeni tipli, "ağıllı yaşayış məntəqəsi" olacaqdır!

 

Vaxtilə şəhərin əhalisi 36 min nəfər olub.

 

Yeni Ağdam isə Prezidentimizin tapşırığına əsasən, 100 min nəfər əhali üçün planlaşdırılıb.

 

Maraqlı bir cəhət: Ağdam ərazi baxımından Sumqayıtdan böyük olacaqdır. Amma Gəncə və Sumqayıt şəhərləri Ağdamdan daha sıxdır.

 

Əhalinin 70 faizi şəhərin 30 faiz ərazisində yaşayacaq .

 

1750 fərdi ev, 23 min mənzil olacaq.

 

Vaxtilə əhali Ağdamda su qıtlığı çəkirdi.

 

İndi görülən tədbirlər şəhərdə su bolluğu yaradacaq.

 

Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, Ağdamda isə meşə zolaqlarına görə bu sahə 23 faizə çatacaq.

 

Şəhərin ortası ilə kanal axacaq, hətta insanlar onun 2 kilometrlik hissəsində qayıqla üzə biləcəklər.

 

İnsanların dincəlməsi, zövq alması üçün göl yaradılacaq, şəlalə töküləcəkdir.

 

Ağdamın öz dağüstü parkı, cürbəcür karuselləri olacaqdır.

 

Müasir, elektriklə işləyən tramvaylar küçə ilə şütüyəcəkdir, 79 kilometrlik velosiped yolu insanların ixtiyarına veriləcəkdir.

 

Bir sözlə, xarabalıqdan qurtulan, "mina əkinləri"ndən yaxa qurtaran Ağdam müasir yaşayış mərkəzinə, turist şəhərinə çevriləcəkdir.

 

Təbii ki, insanların doğma yurda qayıtmaları üçün ilk növbədə zəruri infrastruktur yaradılmalı, iş yerləri açılmalıdır!

 

Bu sahədə işlər kompleks şəkildə, həm də yüksək sürətlə aparılır.

 

Artıq elektrik xətləri, su xətləri çəkilib...

 

Qayıdış üçün ən vacib məsələlərdən biri iş yerlərinin mövcudluğudur.

 

Bu baxımdan 2021-ci ildə təməli qoyulmuş Ağdam Sənaye Parkının həm iş yeri, həm də məhsul istehsalında xüsusi əhəmiyyəti var. Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satış bazası hissələri mövcuddur. Buraya 110 milyon manat sərmayə qoyulmaqla ilkin olaraq 330 iş yeri açılacaqdır.

 

***

 

Prezident İlham Əliyevin oktyabrın 4-də Ağdamda baş tutan dördüncü səfəri əvvəlkilərin məntiqi davamı olmaqla yanaşı, görülən işlərə baxış, yeni obyektlərin təməllərinin qoyulması, habelə Qarabağın və Zəngəzurun bərpası və dirçəlişi ilə bağlı digər məsələlərin sürətli həllinə təkan verilməsinə xidmət edirdi.

 

Qarabağın xilaskarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda olduğu 2 gün ərzində gərgin işlədi.

 

Ən əvvəl Bərdə-Ağdam avtomobil yolunun çəkilişi ilə yaxından maraqlandı.

 

Başlanğıcını Bərdə şəhərindən götürən bu yol ümumi uzunluğu 44,5 kilometr, eni 26,5 metr, habelə dördzolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun salınır.

 

Yol təkcə Qarabağ üçün deyil, Cənubi Qafqaza da böyük fayda gətirəcək. Artıq işlərin 75 faizi yekunlaşıb.

 

Bu gün Qarabağ atları bütün dünyada məşhurdur. Gələcəkdə Ağdamda cıdır yarışlarının keçirilməsi buraya xeyli əcnəbi turist cəlb edəcəkdir. İşğal dövründə çətinliklər üzündən Qarabağ atları da müəyyən ziyan görmüşdür. Odur ki, bu cinslərin artırılmasına və normal şəraitdə bəslənməsinə ciddi ehtiyac duyulur.

 

Dövlət başçısı Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi.

 

Ağdam şəhərində dövlət başçısı tərəfindən təməli qoyulan "City Hotel Ağdam"da gələn qonaqların dincəlmələri və vaxtlarını səmərəli keçirmələri üçün hər bir şərait olacaqdır.

 

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində görüləcək işlərlə də tanış oldu, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdi.

 

Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməllərinin qoyulması tezliklə doğma yurda qayıtmaq həsrətini çəkən sakinlərin böyük sevincinə səbəb oldu.

 

Ağdamda keçmiş məcburi köçkünlər üçün hər bir rahatlığı olan yeni yaşayış məhəlləsi də inşa ediləcəkdir. 6,9 hektarlıq ərazidə salınacaq məhəllədə 1139 mənzili olacaq 4-7 mərtəbəli binaların tikintisi planlaşdırılır.

 

Dövlət başçısı və birinci xanım bu məhəllənin də təməlqoyma mərasimində iştirak etdilər.

 

Hər bir şəhər vağzaldan başlanır. Ağdamda Dəmir yolu və Avtovağzal olmaqla iki yeni kompleksin də təməli qoyuldu.

 

Otuz ildə dağıdılan yurd yerlərimiz çox böyük sürətlə və müasir tələblərə cavab verən, zövq oxşayan şəkildə bərpa olunur. Çünki torpağın, viran qoyulmuş bu yurdların əsl sahibləri geri dönüblər!

 

Onların həm də Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi 44 günlük Vətən müharibəsində zəfər qazanmış rəhbərləri, qurucu və yaradıcı dövlət başçıları vardır.

 

 

 

DÜNYAYA VERİLƏN MESAJLAR

 

 

 

Qırx ölkədən gələn qonaqların iştirakı ilə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda Azərbaycan Prezidenti İlham Əliyev dünyaya bir sıra vacib mesajlar da ünvanladı.

 

Qeyd edək ki, beynəlxalq forumun keçiriləcəyi yer təsadüfən seçilməmişdi.

 

Əvvəla, dünyanın hər yerindən gələn qonaqlar öz gözləri ilə gördülər ki, özünü "qədim xalq", "mədəni millət" adlandıran ermənilər necə vəhşiliklər, barbarlıqlar, dağıntılar törədiblər.

 

İkincisi, Qarabağın və Zəngəzurun necə bir sürətlə bərpa edilərək qurulduğunun şahidinə çevrildilər.

 

Hətta BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif "Azad olunmuş ərazilərdə genişmiqyaslı şəhərsalma və yenidənqurma işlərinin miqyasından və sürətindən heyranam" deyərək təəccübünü gizlətmədi.

 

Ən nəhayət, Azərbaycan bir daha əyani şəkildə göstərdi ki, ərazisinin bir parçası vandalcasına dağıdılıb yerləyeksan edilsə də, yenə sülh istəyir və ermənini sülh müqaviləsini imzalamağa dəvət edir.

 

Prezident İlham Əliyev Ermənistanın vurnuxmasının, kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq cəhdlərinin, ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsinə bəslənən ümidlərin puçluğunu və kimlərəsə, nəyəsə güvənərək vəziyyəti dəyişmək cəhdlərinin mənasızlığını bir daha anlatdı:

 

"Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi".

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə Füzuliyə səfəri zamanı burada şəhidlərin şərəfinə abidənin açılışı zamanı xalqa müraciətinə hər bir Azərbaycan vətəndaşı qoşularaq dəstək vermişdir: "Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik".

 

Bu bir tale qismətidir ki, erməni kimi vandal, faşist xislətli millətlə qonşu olduq, onlar isə havadarlarına güvənərək torpaqlarımızı işğal etməklə viran qoydular!

 

Bu bir tale qismətidir ki, Tanrının bizə yetirdiyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u ilə 27 ildən sonra doğma yurda qayıtdıq!

 

Bu bir taledir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən Qarabağı və Zəngəzuru cənnətə çevirəcəkdir!

 

Biz bu torpaqlara döyüşərək, şəhidlər verərək əbədi qayıtmışıq!

 

 Bəxtiyar SADIQOV

Azərbaycan.-2022.- 7 oktyabr.- S.6.