Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alıram:

Azərbaycan cüdosunun inkişafında xidmətləri  olan aşağıdakı şəxslər təltif edilsinlər:

 

"Şöhrət" ordeni ilə

 

Həsənov Tərlan Əliheydər oğlu

Rəcəbli Əhməddin İzət oğlu

 

"Tərəqqi" medalı ilə

 

Kələntərov Ceyhun Musa oğlu.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 3 oktyabr 2022-ci il

 

Azərbaycan.- 2022.-4 oktyabr.- S.2.